Ronaldu: "Ona dedim ki, ağzını yum..." - FOTO/VİDEO
Ronaldu: "Ona dedim ki, ağzını yum..." - FOTO/VİDEO
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının üçüncü tur matçında koreyalı futbolçu ilə mübahisəsi barədə danışıb.
Forvardın sözlərinə görə, hadisə əvəzetmədən əvvəl qarşı tərəfin oyunçularından birinin ona meydanı tez tərk etməsini deməsindən sonra baş verib.
"Mən ona ağzını yummağı tövsiyə etdim, onun haqqı yoxdur, heç nə deməli deyil", - deyə Ronaldu olanları danışıb.
O, əlavə edib ki, hakim ondan istəsəydi sürəti artırardı.
Portuqaliyalı forvard rəqiblə heç bir fikir ayrılığının olmadığını da qeyd edərək, bu emosional partlayışları oyunun intensivliyi ilə izah edib.
Qeyd edək ki, dekabrın 2-də futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Cənubi Koreya yığmasının oyunçularından birinin matç zamanı Ronaldunu təhqir etdiyini bildirib. O, əlavə edib ki, portuqaliyalı meydanı tərk edərkən rəqibə qəzəbli olub. Hücumçu görüşün 65-ci dəqiqəsində əvəzlənib.
Xatırladaq ki, qarşıdurma koreyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb, bunun sayəsində komanda H qrupunda ikinci yeri tutaraq çempionatın pley-off mərhələsinə yüksəlib. Cədvəldə birinci pillədə qərarlaşan portuqaliyalılar hələ noyabrın 29-da Uruqvayı məğlub etdikdən sonra 1/8final mərhələsinə çıxmağı təmin edib.











Mənbə: O Jogo / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR