Ronaldu qol vurdu, "Ən-Nəsr" liderliyini davam etdirdi
Portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının IV turunda "Ən-Nəsr"ə qələbə qazandıran qolu vurub.
KONKRET.azxəbər verir ki, "Ən-Nəsr" doğma meydanında "Əl-Təavun"u 2:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Samu Koşta ilk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə, Kriştianu Ronaldu isə 50-ci dəqiqədə fərqlənib. Qonaqların yeganə qolunu 11-ci dəqiqədə Bassam Əl-Xureyci vurub.
Bu, Ronaldunun cari mövsümdə çempionatda ikinci qolu olub. 41 yaşlı portuqaliyalı futbolçu karyerasında vurduğu qolların sayını 978-ə çatdırıb. Onlardan 146-sı Portuqaliya millisinin, 832-si isə klub karyerasının payına düşür.
"Ən-Nəsr" 4 oyundan 4 qələbə qazanaraq 12 xalla turnir cədvəlinə başçılıq edir. "Əl-Təavun" isə 2 xalla 15-ci pillədə qərarlaşıb.
"Ən-Nəsr" növbəti oyununu sentyabrın 5-də səfərdə "Əl-İttihad"a qarşı keçirəcək.oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı