Rubinyandan müxalifətə ironik SUAL: "Bilirsinizmi, fraksiyanız səsvermədə niyə iştirak etməyəcək?"
Ermənistan parlamentində Milli Assambleyanın sədr seçkisi öncəsi siyasi qarşıdurma yaşanıb.
KONKRET.azxəbər verir ki, "Ermənistan" fraksiyası parlament sədrinin seçilməsi ilə bağlı keçiriləcək qapalı səsvermədə iştirak etməyəcəyini açıqlayıb.
Fraksiyanın bu qərarına cavab olaraq hakim "Vətəndaş müqaviləsi" partiyasının sədrliyə namizədi Ruben Rubinyan müxalif deputatlara ironik şəkildə münasibət bildirib.
Rubinyan "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryana müraciət edərək deyib:
"Xanım Qriqoryan, bilirsinizmi, sizin fraksiyanız niyə səsvermədə iştirak etməyəcək? Çünki səsvermə zamanı sizin bəzi deputatlarınızın, o cümlədən sizin özünüzün mənə səs verəcəyindən əmin deyilsiniz".
Rubinyanın bu açıqlaması parlamentdə hakimiyyətlə müxalifət arasında qarşıdurmanın davam etdiyini göstərib. Müxalifət isə Ruben Rubinyanın parlament sədri vəzifəsinə namizədliyinə etiraz edir və hakimiyyətin siyasi kursunu tənqid edir.
Qeyd edək ki, Ermənistanın yeni çağırış parlamentində ilk iclaslardan etibarən hakim "Vətəndaş müqaviləsi" fraksiyası ilə müxalif "Ermənistan" və "Güclü Ermənistan" blokları arasında kəskin siyasi polemikalar müşahidə olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir