Rubio: "İran dünyanı girov götürmək istəyir"
ABŞ Dövlət katibi Mark Rubio beynəlxalq birliyi İranın artan təhdidlərinə qarşı daha ayıq-sayıq olmağa çağırıb. Rubionun sözlərinə görə, Tehranın Hormuz boğazında neft tədarükü ilə bağlı yaratdığı süni gərginlik əslində daha böyük bir təhlükənin – nüvə şantajının kiçik bir modelidir. O, dünyanın gözünün bu reallığa açılmasının vaxtının çatdığını vurğulayıb.
KONKRET.az xəbər verir ki, Rubio İran rəhbərliyinin əsas məqsədinin dünyanı "girov" saxlamaq olduğunu bəyan edib. Dövlət katibi bildirib ki, Tehran hazırda Hormuz boğazındakı neft tranzitini hədəf alaraq tətbiq etdiyi təzyiq üsullarını gələcəkdə nüvə silahı vasitəsilə bütün dünyaya qarşı istifadə etməyi planlaşdırır: "Onlar dünyanı girov götürmək istəyirlər ki, hər kəsə öz istədiklərini diktə etsinlər. Bu, qətiyyən qəbulolunmazdır". Rubio ABŞ-ın bu "girov diplomatiyasına" və nüvə təhdidlərinə qarşı ən sərt addımları atmağa davam edəcəyini qətiyyətlə diqqətə çatdırıb.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK