Rubio TRIPP-dən danışdı - "Yeni imkanlar yaradacaq"
"TRIPP ("Tramp marşrutu") layihəsi Azərbaycan və Ermənistan üçün yeni imkanlar yaradacaq".
KONKRET.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, dövlət katibi bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib.
Rubio çıxışında ABŞ xarici siyasət idarəsinin son 16-17 aylıq fəaliyyətini uğurlu adlandırıb:
"Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu – TRIPP-i yaradan memorandumla yekunlaşıb".
Dövlət katibi rəsmi Vaşinqtonun qlobal miqyasda digər münaqişələrin həllindəki vasitəçilik rolunu da xatırladıb. O, Hindistan və Pakistan arasındakı gərginliyin böyüməsinin qarşısının alındığını, Tailand və Kamboca arasındakı problemlərin nizamlandığını, həmçinin Qəzzada müharibənin başa çataraq bütün girovların azad edildiyini vurğulayıb.
Qeyd edək ki, sözügedən regional layihə istiqamətində artıq ilk hüquqi addımlar atılıb. Belə ki, mayın 26-da Ermənistan və ABŞ arasında TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK