Rumıniya şirkəti Koronavirusla Mübarizə Fonduna ianə edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda Koronavirus "COVİD 19" pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən xarici şirkətlər də qoşulmaqdadır.
Rumıniyanın Uni-Recycling SRL şirkətinin sahibi cənab Cornel Varvara Prezident İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncam ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na 20 min avro məbləğində vəsait və külli miqdarda xəstələrin müayinəsi ve həkimlərin qorunması üçün lazımi tibb avadanlıqları göndərməklə ölkə rəhbərinin çağırışına qoşulmuşdur.
Eyni zamanda cənab Cornel Varvara rumın iş adamlarına çağırış edərək Azərbaycan və bütün dünyada tüğyan edən koronavirus infeksiyasına qarşı birgə mübarizədə səyləri birləşdirməyin vacibliyini bildirib.
Qeyd edək ki, 2005-ci ildən yaradılan şirkət dünyanın bir sıra ölkələrində neft və neft-kimya məhsullarından çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində bir çox layihələri həyata keçirməkdədir. /news.milli.az

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT