Rus dilini bilməyən azərbaycanlının istintaqı yarımçıq qaldı
Rus dilini bilməyən azərbaycanlının istintaqı yarımçıq qaldı
Ukraynada 2015-ci ildə Tailand boksu üzrə Avropa çempionu Sergey Laşşenkonu öldürməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Babək Dəmir oğlu Həsənovun həbsdə qalmasına qərar verilib.
Viknaodessa.od.ru-nun xəbərinə görə, B.Həsənov həmin il Odessada üç nəfəri atəş açaraq güllələyib.
Onlar xəstəxanaya yerləşdirildikdən sonra B.Həsənov ora gedərək S.Luşşenkoya əlavə doqquz güllə də vurub öldürüb və hadisə yerindən qaçıb.
O, Rusiyaya gedərək orada gizlənib və 2016-cı ilin dekabrında tutulub. Ukraynanın tələbi ilə B.Həsənov onlara təhvil verilib və Odessada istintaq tərcridxanasına yerləşdirilib. B.Həsənovun rus dilini bilməməsi və onun üçün tərcüməçi tapılması üçün istintaqın aparılmasında uzun müddət fasilə yaranıb.
Ötən gün Odessanın Malinovski Rayon Məhkəməsi qərar verərək, B.Həsənovun həbs müddətini 60 gün uzadıb. 2020-ci il yanvarın 29-da bu işlə bağlı növbəti məhkəmə iclası keçiriləcək. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb