"Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar sərmayə yatırıb" - Boçarnikov
"2021-ci ilin nəticələrinə əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatıb".
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
"Rusiya tərəfinin statistikasına əsasən, 2021-ci ilin 11 ayının nəticələrinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,9 milyard dollar təşkil edib. Ümid var ki, 12 ayın nəticələrinə əsasən, 2019-cu ildə qeydə alınan 3 milyard dollar səviyyəsinə qayıdaq. İstənilən halda bu, onu deməyə əsas verir ki, biz pandemiyadan əvvəlki səviyyəyə qayıdırıq", – deyə səfir söyləyib.
Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına ümumi 4,2 milyard dollar sərmayə yatırıb.
Boçarnikov, həmçinin qeyd edib ki, 2022-ci ildə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası Azərbaycanda keçiriləcək.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var