"Rusiya Azərbaycanı öz maraqlarından çəkindirməyə çalışır

Xəbər verdiyimiz kimi, noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı azxeber.com-a açıqıamasında deyib ki, Ukraynada Rusiya tərəfindən Azərbaycana məxsus inzibati və ya strateji binalar hədəf alınması ilk dəfə deyil:
"Ukraynada Rusiyanın raket və ya hava zərbələrindən sonra Azərbaycana məxsus inzibati və ya strateji binalar hədəf alınması ilk dəfə deyil. Bunun təsadüfən baş verdiyini də düşünmürəm. Çünki müasir texnologiyalar, xüsusilə Rusiyanın əlində olan hərbi imkanlar zərbə endiriləcək hədəflərin koordinatlarını, onun ətrafında hansı strateji və ya rəsmi obyektlərin yerləşdiyini əvvəlcədən müəyyən etməyə imkan verir. Rusiya tərəfi də zərbə endirdiyi zaman hara və niyə zərbə vurduğunu çox yaxşı bilir".
Ekspert deyib ki, Rusiya məqsədyönlü hücumlar həyata keçirir:
"Görünən odur ki, Rusiya tərəfi əvvəlki zərbələrdə olduğu kimi, indi də Azərbaycanın strateji və rəsmi binalarını hədəfə alan məqsədyönlü hücumlar həyata keçirir. Burada yəqin ki, Azərbaycana müəyyən mesaj vermək niyyəti yenidən ön plana çıxır. Bu isə Azərbaycanın son illərdə dünya siyasətində öz mövqeyini möhkəmləndirməsi və milli maraqlarından irəli gələn siyasət yürütməsi ilə bağlıdır". 
H.Səhrablı deyib ki, Azərbaycan heç zaman öz mövqeyindən dönməyib:
"Əgər Azərbaycan Rusiyanın dikte etdiyi şərtləri qəbul etsə, öz xarici siyasətindən və maraqlarından imtina etsəydi, yəqin ki, Rusiya bu cür zərbələrə əl atmazdı. Deməli, Azərbaycan öz maraqlarını qorumaq, müstəqil xarici siyasət kursunu davam etdirmək üçün bütün imkanlarla mübarizə aparır və Rusiya bunu qəbul etmək istəmir. Xüsusilə də Ukraynada vəziyyətin hər keçən gün Rusiyanın ziyanına dəyişdiyi bir şəraitdə Azərbaycanın Ukrayna ilə münasibətləri kəsməməsi Rusiyanı qıcıqlandırır".
Ekspert vurğulayıb ki, Rusiya hazırda da anti-Azərbaycan ənənəsinə sadiqdir:
"Cənubi Qafqazda baş verən proseslər də Rusiyanın tarixi ənənəsinə uyğun şəkildə bu gün də anti-Azərbaycan mövqeyində dayanmasına səbəb olur. Nəticədə Rusiya bir növ Azərbaycana təzyiq göstərərək həm öz gücünü nümayiş etdirməyə, həm də Azərbaycanı öz maraqlarından çəkindirməyə məcbur etməyə çalışır. Lakin düşünürəm ki, bu cəhdlər yenə də uğursuz olacaq. Azərbaycan bundan sonra da öz milli maraqlarından çıxış edəcək və beynəlxalq tərəfdaşları vasitəsilə dünya siyasətində öz mövqeyini möhkəmləndirməyə davam edəcək".
Şahanə Ziyad

Siyasi       Tarix: 18 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun en sonxeber kriminal son xeber.az