"Rusiya Azərbaycanla Ermənistanın barışmasını istəmir" - Politoloqdan İLGİNC AÇIQLAMA - ÖZƏL

Ermənistanda Təhülkəsizlik Şurasının iclası keçirilib. Baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanın iştirakı ilə keçirilən görüşdə rəsmi İrəvan Bakını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edib. Bəs görəsən Ermənistanın bu dəvətinin arxasında hansı pərdəarxası məqamlar var? Tərəflər yaxın müddətdə sülh müqaviləsi imzalaya bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb. O bildirib ki, Ermənistan irəliyə doğru daha bir addım atmaq istəyir: "Burada qorxu faktorunu vurğulamaq düzgün olmaz. Çünki müharibə başa çatıb. Hər bir bitmiş müharibənin sonunda tərəflər arasında sülh müqaviləsi imzalanır. İndi Azərbaycan tərəfi sülh müqaviləsi ilə bağlı açıq danışır və bunun meyarlarını bəyan edir. Azərbaycan XİN-in  Ermənistan tərəfinə göndərdiyi sənəddə qeyd olunan meyarlar bəllidir. Ermənistanın da cavabı məlum idi. Görünür, Qarabağda baş verən son hərbi toqquşmalardan sonra Ermənistan tərəfi Azərbaycana yeni təklif irəli sürmək qərarına gəlib. Bu təklifin məzmunu hələlik bəlli deyil. Nikol Paşinyan üç gün öncə parlamentdə verdiyi açıqlamalarda bildirirdi ki,  Azərbaycanla sülh müqaviləsinin imzalanması vacibdir. O, çıxışında sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən Azərbaycanla əməkdaşlığın vacibliyindən söz açıb. Nikol Pşainyanın bu açıqlamasına əsaslanaraq deyə bilərəm ki, Ermənistan irəliyə doğru daha bir addım atmaq istəyir. Yəqin ki, qarşı tərəf sülh müqaviləsinin tezliklə imzalanması üçün təklif irəli sürüb".
Politoloq əlavə edib ki, Rusiya bu müqavilənin imzalanmasını istəmir: "Müqavilənin imzalanması tərəflərin sülh istəyinin möhkəmliyindən asılıdır. Əgər onlar həqiqətən də bu müqaviləni imzalamaq istəyirsə, kənar qüvvələrin, o cümlədən Rusiyanın müdaxiləsinə əhəmiyyət verməməlidirlər. İlkin mərhələdə sənədin əsas cizgilərini müəyyənləşdirmək olar. Bu baş versə, prosesin ardı asanlıqla tamamlanacaq. Lakin Rusiya Azərbaycanla Ermənistanın barışmasını istəmir. Çünki şimal qonşumuz "parçala, hökmranlıq et" siyasəti ilə bölgəni nəzarətdə saxlamaq niyyətindədir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 29 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler hava durumu xeber xeber.az 2026