Rusiya Azərbaycanla humanitar əlaqələrə böyük önəm verir
Rusiya Azərbaycanda rus dilinin inkişafına göstərilən diqqətə böyük əhəmiyyət verir və buna görə minnətdarlığını bildirir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib.
"Azərbaycanda rus dilində 300 məktəb, aparıcı ali məktəblərimizin filialları fəaliyyət göstərir. 1000 azərbaycanlı gənc Rusiyanın aparıcı ali məktəblərində təhsil alır. Biz bu qarşılıqlı əlaqəni genişləndirməyə hazırıq", – o vurğulayıb.
V.Putin, həmçinin bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya işləyir və onun sonuncu iclası 10 gün əvvəl baş tutub.
Dövlət başçısı Rusiya mədəniyyətinin ölkəmizdə təmsil olunmasından da danışıb: "Yeri gəlmişkən, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Bu işin təşkilinə görə sizə təşəkkür edirik".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar