Rusiya Baydenə 23 il öncəki çıxışı ilə cavab verdi - VİDEO
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "hərbi cinayətkar" adlandırıb.
KONKRET.az "Roskosmos"un rəhbəri Dmitri Roqozin də öz növbəsində Co Baydeni "hərbi cinayətkar" adlandırıb.
"Bəlkə, Baydenə kimin hərbi cinayətkar olduğunu xatırlatmaq lazımdır?", – deyə Roqozin öz teleqram kanalında yazıb.
"Roskosmos" rəhbəri, həmçinin Baydenin 1999-cu ildə Belqrad şəhərini bombalamağa və ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarını Dunay çayındakı körpülərin dağıdılması üçün göndərməyə çağırdığını əks etdirən video paylaşıb.
"Bu qəddar qoca ölüm astanasında törətdiyi vəhşilikləri, öldürdüyü minlərlə dinc insanları xatırlamalıdır", – deyə Roqozin əlavə edib.
Xatırladaq ki, Yuqoslaviyanın NATO qüvvələri tərəfindən bombalanması 1999-cu il martın 24-ü başlayıb və iyunun 10-da başa çatıb. Bu zaman həm hərbi obyektlər, həm də mülki infrastruktur zərbələrə məruz qalıb. Yuqoslaviya Federativ Respublikası hökumətinin məlumatına görə, bombardman zamanı 400-ə yaxın uşaq daxil olmaqla 1700-dən çox mülki şəxs həlak olub. Daha 10 min nəfər isə yaralanıb. BMT-nin məlumatına görə isə, hadisə zamanı 821 nəfər itkin düşüb.
Xidmetler [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti