"Rusiya bu ölkələrlə birgə NATO və ABŞ-a qarşı yeni hərbi alyans qura bilər" - Savin

Rusiyalı politoloq, publisist, "Geopolitika"nın baş redaktoru Leonid Savin maraqlı müsahibə verib.
KONKRET.az Savinin müsahibəsini təqdim edir:
– Beş ildən sonra Cənubi Qafqazı, xüsusən də Qarabağı necə görürsünüz? Bu regionda sabitliyin bərpasında Rusiyanın rolu nədir? Bakı 30 ildir gözlədiyi Qarabağı necə quracaq?
– Məncə, regionun müqayisəsini beş il ərzində yox, Azərbaycana qayıtdıqdan sonra aparmaq daha düzgündür. Axı 90-cı illərdən bəri Qarabağda az dəyişiklik olub. Kardinal dəyişiklik təxminən bir il əvvəl başlayıb. Bundan əvvəl isə ərazi faktiki olaraq boz idi. Bura Ermənistan vasitəsilə ictimai diplomatiya yolu ilə səfərlər olsa da, hüquqi statusun özü tənzimlənmədi və bu, çoxsaylı problemlər yaratdı. İndi siyasi quruluş da, sosial-iqtisadi model də başqadır.
Rusiyanın roluna gəlincə, bu, Cənubi Qafqazın xüsusi amil olduğu geosiyasi maraqlardır. 2008-ci ilin avqust hadisələrindən sonra Rusiya regionun təhlükəsizliyinin möhkəmləndirilməsində maraqlı olduğunu və kənar oyunçuların müxtəlif təxribatlar törətməsinə imkan verməyəcəyini açıq şəkildə bildirdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinə də aiddir. İndi Rusiya Qarabağda sülhməramlı kimi çıxış edir, çünki status-kvonun dəyişməsi birmənalı olaraq hamının ürəyincə deyil, razılaşmalarla hesablaşmaq lazımdır. Lakin bu, kifayət deyil. Qafqazda xaos yaratmaqda maraqlı olan qüvvələr var. Buna görə də aktiv şəkildə hərəkət edilməlidir.
– Rusiya ilə Türkiyə arasındakı münasibətlərə də toxunaq. Bu iki dövlət vaxtında və eyni istiqamətdə addım atsa, nəyə nail ola bilər?
– Rusiya və Türkiyə bir qədər oxşardır, baxmayaraq ki, biz tarixən dəfələrlə bir-birimizlə vuruşmuşuq. Açıq desək, indi həm Moskva, həm də Ankara öz maraqlarının ənənəvi zonalarında təsirlərini bərpa etmək istəyirlər. Osmanlı İmperiyası Balkanlara, Ərəbistan yarımadasına və Şimali Afrikaya yayılmışdı. Rusiyanın xarici siyasəti qismən Aİİ inteqrasiya layihəsi ilə bağlıdır. Ancaq sual yaranmalıdır: ümumi istiqamət nə ola bilər? Şübhəsiz ki, bu, rifahların artması üçün birgə səylər və Avrasiya regionunda ABŞ hökmranlığına yol verməməkdir. Türkiyə və Rusiyanı çoxqütblülük kursu, eləcə də regional təhlükəsizlik üçün məsuliyyət birləşdirə bilər. Amma problem Türkiyənin NATO-da olmasıdır. Baxmayaraq ki, biz açıq şəkildə digər NATO tərəfdaşlarının Türkiyədə terrorçu sayılan PKK/YPG-yə yatırım etdiklərini görürük. Bu kifayət qədər paradoksal vəziyyətdir. Amma Rusiya və Türkiyə qarşılıqlı əlaqə qurursa, bu, pərdəarxası oyunlardan kənarlaşdırılaraq, qurulmuş çərçivəyə uyğun aparılmalıdır. Axı Rusiyanın artıq öz sərhədləri yaxınlığında müxtəlif hiylələrə dözmək fikrində olmadığı göz qabağındadır. Bunu danışıqlar prosesinə keçən ABŞ və NATO-ya qarşı tələblər də göstərir.
– Sizcə, Qazaxıstanda baş verən etirazların öhdəsindən Nur-Sultan niyə təkbaşına öhdəsindən gələ bilmədi?
– Son məlumatlara görə, güc strukturlarının bir hissəsi etirazçıların yanında olub. 2014-cü ilin fevralında Ukrayna hadisələrini xatırlayıram, xüsusi təyinatlı polis dəstəsi bir neçə dəqiqə ərzində parlamentin yaxınlığında və Maydanda etirazçıları dağıtdı. Çünki sifariş var idi. Amma sonra diplomatik təzyiqlər, hədə-qorxu gəlməyə başladı və Yanukoviçin iqtidarının lap süqutuna qədər bir daha belə sifarişlər alınmadı. Bundan əlavə, son illərdə "rəngli inqilablar"ın təşkilində açıq-aşkar dəyişiklik müşahidə olunur. Onlar zorakılığa diqqət yetirirlər və ağ-qara qrupuna bölünürlər, bu, xüsusi profilli mütəxəssislərin və fəalların işə cəlb olunmasını tələb edir. Beləliklə, dükanların qarətləri və digər cinayətkarlıq hadisələri başlayır. Bu, artıq siyasət deyil. Əgər Qazaxıstan Milli Təhlükəsizlik Xidməti nümayəndələri iğtişaş törədənləri ört-basdır edibsə, bu, ilk günlərdə aksiyaların effektivliyini də izah edir.
– Bu gün Qazaxıstanda baş verən oxşar hadisələr hansı MDB ölkələrində təkrarlana bilər?
– Artıq Gürcüstanda, Moldovada, Ermənistanda, Qırğızıstanda rəngli inqilablar baş verib. Digər MDB ölkələrində də onları həyata keçirmək cəhdləri olub, lakin onlar tez bir zamanda lokallaşdırılıb. Türkmənistanda vəziyyət Talibanın nəzarətində olan Əfqanıstanla yaxınlığı və ümumi iqtisadi vəziyyətin pisləşməsi səbəbindən kifayət qədər kövrək görünür. Əgər kənar müdaxilədən danışırıqsa, o zaman çox güman ki, Dnestryanıda xaos yaratmaq cəhdləri olacaq. Tacikistanda sabitliyin pozulması ehtimalı qalmaqdadır, orada da hakimiyyət Əfqanıstanda status-kvonun dəyişməsindən narahatdır.
– Qərb Rusiya ilə ABŞ arasında danışıqlardan nə gözləyir? Putinin Qərblə münasibətləri baxımından addımlarını necə başa düşmək olar?
– Rusiya regional təhlükəsizlik məsələlərində nöqtə qoymaq istərdi. NATO ölkələrinin sərhədlərə yaxın hərəkətləri və Rusiya ərazisinə zərbələr endirmək üçün açıq-aşkar təlimləri, yumşaq desək, Moskvanı şübhəli vəziyyətdə saxlayır. ABŞ-la danışıqlarda nüvə silahının deeskalasiyası ilə bağlı anlaşma əldə olunub. Lakin bu, kifayət deyil. Əgər NATO və ABŞ inadkar olsa, Rusiya öz hərbi arsenalını sərhədlərə yaxın yerləşdirməli və NATO ölkələrinin yaxınlığında daha aydın və qətiyyətli sayıqlığı təmin etməli olacaq. Nüvə sualtı qayığı "təsadüfən" Nyu York və Kaliforniya sahillərində hardasa səthə çıxa bilər. Bu, Vaşinqtona daha bir siqnal olacaq ki, biz də nəsə edə bilərik. Bununla belə, məncə, qeyri-Qərb kollektivinin yeni hərbi-siyasi birliyinin yaradılması daha düzgün və strateji baxımdan adekvat olardı. Rusiya, Çin və İranın orada iştirakı NATO və ABŞ-ın canfəşanlğını azaltmaq üçün kifayət qədər güclü arqument olacaq. Və belə bir koalisiya olarsa, çoxqütblülüyün tərəfdarı olan digər dövlətlərin də ona qoşulması ehtimalı kifayət qədər yüksəkdir. ABŞ-ın düz yanında yerləşən Kuba, Venesuela və Nikaraquanın Rusiya, Çin və İran kimi kifayət qədər güclü strateji üçbucaqda iştirakı hətta Vaşinqtonu təhdid edə bilər./axar.az/

Siyasi       Tarix: 18 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər sou biznes bu gune olan xeberler son.xeberler