"Rusiya düşündüyümüz qonşu deyilmiş" - Finlandiya tez bir zamanda NATO-ya ÜZV OLMAQ İSTƏYİR
"Rusiya düşündüyümüz qonşu deyilmiş".
KONKRET.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin deyib. O bildirib ki, ölkənin NATO-ya daxil olması məsələsi bu yaz həll edilməlidir.
Marinin sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü Finlandiyanı təhlükəsizlik siyasətinə yenidən baxmağa məcbur edib.
Marin "Rusiya düşündüyümüz qonşu deyil" deyib.
Baş nazir vurğulayıb ki, Finlandiyanın hərbi öhdəliklərlə bağlı mövqeyinə ciddi şəkildə yenidən baxmasının vaxtı çatıb.
"NATO-ya üzvlüklə bağlı istənilən qərar tez, əslində, bu yaz qəbul edilməlidir", – deyə o, Sosial Demokrat Partiyasının rəhbərliyi qarşısında çıxışında deyib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Finlandiya vətəndaşları ölkənin NATO-ya daxil olması üçün petisiya imzalayıblar. Hələ yanvar ayından Finlandiya Alyansa qoşulmağı planlaşdırıb.
Sonra Rusiya Federasiyası onları NATO-ya daxil olmağa cəhd edərlərsə, "ciddi nəticələrlə" hədələyib.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti