Rusiya Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: "Revanş" əməliyyatı işə salınır - SENSASİON DETALLAR

Rusiya Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: Moskva yenə "köhnə oyunu" oynayır
Ermənistanda revanşist düşərgədə ciddi canlanma müşahidə olunur. Bu dəfə səhnəyə çıxan şəxs keçmiş müdafiə naziri Arşak Karapetyan olub. O, Rusiyanın "İzvestiya" qəzetinin redaksiyasında keçirdiyi mətbuat konfransında RF xarici işlər naziri Sergey Lavrovun son bəyanatlarına istinad edərək, Moskvanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və işğal altında saxlamağa necə kömək etdiyini uzun-uzadı şərh edib.
KONKRET.az xəbər verir ki, Karapetyan Lavrovun "Qarabağın statusunu gələcək nəsillərə saxlamaq" fikrini "diplomatik dildən tərcümə edərək" belə yozub: bu, Rusiyanın Qarabağı Ermənistanın tərkibi kimi qəbul etdiyini göstərir. O, Ermənistanın 1990-cı illərdə Rusiyadan hərbi dəstək aldığını, indi isə Rusiyanın Ermənistana dəstəyinin yalnız onun Azərbaycanla qarşıdurma xəttində qalacağı təqdirdə davam edəcəyini vurğulayıb.
Bu cür bəyanatlar təkcə Karapetyana məxsus deyil – eyni ritorika ilə son zamanlar Ermənistanın eks-prezidenti Robert Koçaryan da çıxış edib. Bütün bunlar bir məntiqi ehtimal yaradır: Moskva Ermənistan daxilində revanşist əhval-ruhiyyəni alovlandırmaqla Paşinyana alternativ axtarır və yenidən bölgədə təsir imkanlarını gücləndirməyə çalışır.
Tarixi aspektdə baxıldıqda, Rusiya-Ermənistan münasibətlərində Moskvanın Ermənistanın ekspansionist siyasətinə dəstək verdiyi nümunələr yetərincədir. XIX əsrdə Türkmənçay müqaviləsindən sonra ermənilərin İrəvan və Qarabağ xanlıqlarına köçürülməsi, sovet dövründə Qarabağda erməni muxtariyyətinin yaradılması, azərbaycanlıların Ermənistandan sistematik şəkildə çıxarılması, Ermənistanın silahlandırılması və son Qarabağ müharibələrində Ermənistana dəstək verilməsi bu zəncirin ayrı-ayrı həlqələridir.
2020-ci ilin payızında baş verən İkinci Qarabağ Müharibəsi və 2023-cü ildə Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri göstərdi ki, bölgədə artıq əvvəlki status-kvo mövcud deyil. Ermənistanın əvvəlki illərdə olduğu kimi Rusiya dəstəyi ilə hərbi üstünlük qazanması mümkün görünmür. Azərbaycanın hərbi, siyasi və diplomatik sahədə qazandığı uğurlar bu "ssenarilərin" nəticə verməyəcəyini nümayiş etdirdi.
Buna baxmayaraq, Moskva yenidən revanşist qüvvələrə ümid bağlayır və Ermənistanda revanşist ritorikanı təşviq edir. Lakin bu cəhdlərin nəticə verməyəcəyi reallığı getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Çünki artıq nə regionda, nə də beynəlxalq münasibətlər sistemində 1990-cı illərin siyasi-iqtisadi mənzərəsi mövcuddur.
Mənbə: https://minval.az/news/124466627
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 28 may 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeber krimnal bugun xeber az bu gune olan xeberler