"Rusiya Ermənistanı heç vaxt əlindən buraxmayacaq" - Politoloq Qrant Mikaelyan

" class="imgbcode" />Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlayanda ələ keçirdiyi əraziləri qanuniləşdirməyə səy göstərsə də, beynəlxalq hüququn norma və prinsipləri buna imkan vermirdi. Buna baxmayaraq Ermənistan özünün müstəqillik bəyənnaməsində Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməklə Azərbaycan ərazilərini zorla ələ keçirməyi rəsmləşdirməyə çalışırdı.
Hətta 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyasının preambulasında da Ermənistanın müstəqilliyi haqqında bəyannamədə təsbit olunmuş milli məqsədlər əsas götürülürdü. Bunların arasında Qarabağın öz müqəddəratını təyin etməsi xüsusi yer tutur. Bu, o deməkdir ki, Ermənistanda heç bir hökumətin Qarabağın öz müqəddəratını təyin etməsi faktını inkar etməyə haqqı yoxdur. Ermənistan Respublikası tərəfindən imzalanmış hər hansı bir saziş Ermənistan Konstitusiyasına zidd olacaq.
Reallıq isə dəyişib və Ermənistan Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyıb. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Sülh danışıqlarının yekun mərhələsindəyik və müqavilənin imzalanması real görünür. Deməli, Ermənistan konstitusiyasında müəyyən dəyişikliyə ehtiyac yaranıb. Bunu Nikol Paşinyan da etiraf edib və konstitusiya islahatının vacibliyini ifadə edib.
Baş nazirin yeni konstitusiya ilə bağlı fikirləri Ermənistanda rezonans yaradıb və geniş müzakirələrə səbəb olub. Revanşist qüvvələr yeni konstitusiyanın əleyhinədirlər və bildirirlər ki, konstitusiyada qeyd edilən məqamlar qanunvericilik aktından çıxarılsa, Qarabağdan əllərini birdəfəlik üzməlidirlər. Politoloq Qrant Mikaelyanın Ermənistan mətbuatına müsahibəsi də bu barədədir.
KONKRET.az həmin müsahibəni təqdim edir.
– Nikol Paşinyanın yeni konstitusiya qəbul etmək istəyinin səbəbi nədir?
– Ermənistan hakimiyyəti islahat anonsu verirsə, deməli, hakimiyyəti əlində saxlamağın yollarını arayır. Bunun üçün konstitusiyada dəyişiklik etmək lazımdır. Paşinyan dəfələrlə bildirib ki, prezident üsul-idarəsinə keçmək istəyir. İstənilən halda söhbət şaquli icra hakimiyyətinin gücləndirilməsindən, bəzi qurumların yenidən qurulmasından gedir. Biz, Daxili İşlər Nazirliyi sistemində islahatların şahidi olduq. İndi hakimiyyətin konsolidasiyası məsələsi var və bunun Paşinyanın həyata keçirmək istədiyi xarici siyasət dəyişiklikləri ilə bağlılığını istisna etməzdim.
– Mövcud xarici siyasət kursu Qarabağ məsələsinin qapadılması ilə bağlıdır?  Bəlkə Ermənistanın geosiyasi vəziyyəti də hökumətin xarici siyasətinə təsir edir?
– Paşinyanın nöqteyi-nəzərindən bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Qarabağ məsələsinin bağlanması Rusiyanın Cənubi Qafqazdan çıxması üçün bir vasitədir. Amma İrəvan Ağsaqqallar Şurasına seçkilər göstərdi ki, hakimiyyət inzibati resurslardan istifadə etməkdə ciddi problemlər yaşayır. Əgər yeni konstitusiya qəbul edilərsə və buna görə də yeni seçkilər keçirilərsə, indiki hakimiyyət ciddi çətinliklər yaşaya bilər. Onlar bu riski görürlər. Danışıqların hazırkı formatını nəzərə alsaq, Ermənistan baş verənlərlə bağlı daha böyük güzəştlərlə gedəcək. Əgər yeni kapitulyasiya olsa, Paşinyanın reytinqi aşağı düşəcək. O, sülh müqaviləsini imzalamazdan əvvəl nəsə etməyə çalışır.
Digər tərəfdən geosiyasi dönüş yaratmaq, Rusiya bazasını Ermənistandan çıxartmaq niyyətindədir. Amma unudur ki, KTMT və digər qurumlardan çıxacağı təqdirdə, o, Moskvanın daha ciddi müqaviməti ilə üzləşəcək.
– Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?
– Paşinyan sülh müqaviləsinin bağlanması prosesinin başa çatmasına həftələr qaldığını deyir. O, bunu   2021-ci ilin ikinci yarısından deməyə başlayıb. Amma görürsünüz ki, heç bir müqavilə yoxdur. Ona görə də güman edirəm ki, belə bir sənəd yaxın vaxtlarda imzalanmayacaq.
– Rusiyanı regiondan sıxışdırıb çıxarmağın mümkün olacağına şübhə ilə yanaşdınız. Rusiya regionda və xüsusən də Ermənistanda qala biləcəkmi?
– Rusiyanın regionda qala biləcəyi Moskvanın passiv mövqe nümayiş etdirməsi ilə bağlıdır. Mənə elə gəlmir ki, Paşinyan Moskvanı sıxışdırmağa qadirdir. Amma istənilən halda Rusiyanın Cənubi Qafqazda olub-olmamasını ilk növbədə Ukraynadakı müharibə həll edəcək. İndi İran BRİKS-ə qoşulandan sonra Rusiya İranla yeni müqavilə imzalayır, Rusiyanın Ermənistandan çıxması Paşinyan üçün tamamilə problemə çevrilib. Bundan əlavə, İsrail açıq şəkildə bəyan etdiyi məqsədlərin öhdəsindən gəlmir. Ona görə də geosiyasət elə formalaşır ki, Rusiyanın sıxışdırılması ehtimalı azdır. Üstəlik, Ukraynada vəziyyət daha çox Rusiyanın xeyrinə inkişaf edir. Rusiya Ermənistanı heç vaxt öz əlindən buraxmayacaq.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 23 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun