Rusiya Əskipara kəndində daha bir blokpost qurur
Ermənistan-Azərbaycan sərhədində Əskipara (ermənilər Voskepar adlandırır - red.) kəndində Tovuz istiqamətində Rusiya ordusunun (ərazidə quraşdırılmış dəmir vaqonun üzərindəki Rusiya bayrağının rənglərinə əsasən) artıq ikinci blokpostu tikilir.
Bu barədə Caliber.Az erməni mətbuatına istinadən xəbər verir.
Kənd soveti Rusiya blokpostunun tikintisini təsdiqləyib.
Tavuş rayonunun Berd kəndində daha bir Rusiya blokpostunun tikintisi iki ay əvvəl məlum olub. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyi bu məlumatı aşağıdakı ifadə ilə rəsmən təkzib edib:
"Müdafiə Nazirliyi Tavuş vilayətinin Berd icmasında, keçmiş hava limanı ərazisində Rusiya hərbi obyektlərinin tikintisi ilə bağlı rəsmi məlumatlara malik deyil. Ermənistan-Azərbaycan sərhədinin göstərilən hissəsində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsi Ermənistan Respublikası Silahlı Qüvvələrinin müvafiq bölməsi tərəfindən həyata keçirilir".
Lakin bu gün Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədin bu istiqamətində yerləşdirilməsi faktını artıq təsdiqləyib.
"Mətbuatda Rusiya hərbçilərinin Tavuş vilayətində, xüsusən də Voskepar (Əskipara) kəndində olması ilə bağlı məlumatla əlaqədar bildiririk ki, Rusiya sərhədçiləri qeyd olunan ərazidə yerləşdirilib, inşaatçılar isə sərhədçilərin maddi-texniki təminatı üçün binaların tikintisi üzrə işlər aparırlar", - deyə Ermənistan Respublikası Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Prosesin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi qeyd edilir.
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?