Rusiya niyə geri addım atdı, Peskov NATO barədə açıqlaması ilə nə demək istəyir? - AÇIQLAMA
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Sky News"a müsahibəsində bildirib ki, "Finlandiya və İsveçin NATO-ya üzv olması Rusiya üçün təhlükə yaratmayacaq. Peskov qeyd edib ki, sözügedən iki ölkə NATO-ya daxil olarsa, Rusiya vəziyyəti yenidən balanslaşdırmalıdır.
Bəs görəsən, Peskovun bu açıqlaması əslində nədən xəbər verir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Peskovun verdiyi bu açıqlama müəmmalıdır:
"Çünki Rusiya geosiyasi oyun qaydalarını düzgün oynayan bir dövlətdir. Böyük güclər öz coğrafiyasına digər hərbi blokların və alyansların yaxınlaşmağını istəmir. Bu, təbii prosesdir. Rusiya NATO-nun öz coğrafiyasına doğru genişlənməyini arzuolunmaz hesab edir. ABŞ isə Cənubi Amerikada müəyyən solyönümlü hökumətlərin Rusiyaya yaxınlaşmağını istəmir. Bu mənada ola bilsin ki, Peskovun fikirləri kontekstdən çıxarılıb. Yəqin ki, Peskov NATO-nun genişlənməsi Rusiyanı narahat etmir dedikdə NATO-nun öz arealını nəzərdə tutur".
Politoloq əlavə edib ki, Rusiyanın Qərbi Avropa və Şimali Amerika qitəsində öz siyasi ideallarını gerçəkləşdirmək perspektivləri yoxdur:
"Rusiyanın NATO sərhədlərinə doğru genişlənməsi və ya NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi geosiyasi qaydaların pozulması deməkdir. Hazırki situasiyanın qeyri-müəyyənliyi dövlətlər arasında konfliktlərə səbəb olub. Əgər bu konfliktlər bir qədər də dərinləşərsə, qlobal iqtisadi sistem üçün ciddi problemlərə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, BMT yaxın gəlkəcəkdə bütün dünyanı gözləyən ərzaq böhranı ilə bağlı xəbərdarlıq edib. Bu mənada indiki halda geosiyasi gedişlərin düzgün mənimsənilməsi çox vacibdir".
Şəbnəm Mehdizadə,
KONKRET.AZ
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti