Rusiya nüvə silahından istifadə etsə, dünyanın sonu gələcək' - Azərbaycanlı deputat
"Ukraynanın ərazi bütövlüyü pozulubsa, Rusiya dövlətinin qoşunları Ukrayna ərazisinə girib və müharibə gedirsə, burada Rusiyanı haqlı hesab etmək olmaz".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Rusiya əssasız olaraq özünə haqq qazandırır: "Burada hər tərəf özünü haqlı hesab edir, Rusiya özünü haqlı hesab edir, Ukrayna da özünü haqlı hesab edir. Ancaq məsələ ondan ibarətdir ki, faktiki olaraq Rusiya hücum edərək Ukrayna ərazisinə daxil olub. Yəni, Ukraynanın ərazi bütövlüyü pozulub. Burada Rusiya hərbi müdaxilə edib, Rusiya qoşunları Ukrayna ərazisindədir. Buna görə də biz deyə bilmərik ki, burada Rusiya haqlı, Ukrayna haqsızdır. Bizim mövqeyimiz var, biz Azərbaycan tərəfi olaraq deyirik ki, bütün dövlətlərin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşırıq. Əgər burada Ukraynanın ərazi bütövlüyü pozulubsa, Rusiya dövlətinin qoşunları Ukrayna ərazisinə girib və müharibə gedirsə, burada Rusiyanı haqlı hesab etmək olmaz. İndi Rusiya özünə haqq qazandırır ki, mənə qarşı Ukrayna ərazisindən üçüncü dövlətlərin təhlükəsi yaranır və s. Amma fakt odur ki, bu gün müharibə Ukrayna ərazisində gedir, müharibəni aparan dövlət də Rusiyadır. Burada dünya birliyi, dünya ölkələrinin əksəriyyəti, beynəlxalq qurumlar Ukraynanı haqlı sayır. Amma müharibə nə ilə nəticələnəcək, bunu indidən proqnozlaşdırmaq çətindir".
Rusiyanın nüvə silahından istifadə edəcəyi məsələsindən danışan E.Məmmədov qeyd edib ki, Rusiya bu silahdan istifadə etsə, dünyanın, bəşəriyyətin sonu gələr:"Rusiya nüvə silahına malik olan dövlətdir. Ancaq bu silah təkcə Rusiyada deyil. Bu gün Rusiyanın hərəkətlərini pisləyən və bu müharibədə Rusiyaya qarşı dövlətlərdən bir neçəsi də nüvə silahına malikdir. Nüvə silahı sıradan bir silah deyil ki, sən onu istədiyin vaxt istifadə edəsən. Rusiyanın nüvə silahından istifadə etməsi gətirib elə vəziyyətə çıxarar ki, onun özünə qarşı da bu silahdan istifadə edən qüvvələr meydana çıxar. Bu halda nə baş verər? Təkcə üçüncü dünya müharibəsi yox, dünyanın, bəşəriyyətin sonu gələr. İndi Rusiyanın prezidenti belə hədə-qorxular gəlir. Ancaq mən hesab edirəm ki, bu ehtimal demək olar ki, sıfıra bərabərdir. Rusiya nüvə silahından istifadə etməz, etsə dünya fəlakət qarşısında qalar".
Aydın Nuri
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR