Rusiya ordusu Ukraynada əraziləri itirir
Ukrayna cəbhəsində Rusiya Silahlı Qüvvələrinin mövqeləri ilə bağlı diqqətçəkən dinamika qeydə alınıb. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatına əsasən, Rusiya ordusu ardıcıl olaraq ikinci aydır ki, Ukraynada nəzarət etdiyi əraziləri itirməkdə davam edir.
KONKRET.azxəbər verir ki, analitiklərin hesablamalarına görə, aprel ayında Rusiya tərəfinin təmiz ərazi itkisi 116 kvadratkilometr təşkil edirdisə, may ayının yekunlarına görə bu göstərici kəskin artaraq 281.1 kvadratkilometrə çatıb. Ekspertlər bu rəqəmləri hesablayarkən kiçik qrupların sızma zonalarını deyil, yalnız Rusiya hərbçilərinin tam nəzarətində olan sahələri nəzərə alıblar. ISW analitikləri mövcud vəziyyəti belə qiymətləndiriblər: "Ukrayna qüvvələri hazırkı mərhələdə Rusiyanın 2026-cı il yaz-yay hücumunu böyük ölçüdə dayandırmağa nail olub".
"DeepState" OSINT layihəsinin məlumatları isə göstərir ki, Rusiyanın Ukrayna torpaqlarında geriləməsi cəbhədəki hücum cəhdlərinin kəskin artması fonunda baş verir. Məlumata görə, Rusiya ordusu may ayında 7000-dən çox hücum həyata keçirib ki, bu da əvvəlki ayla müqayisədə 37.5% çoxdur. Oxşar statistikanı Ukrayna Müdafiə Nazirliyi də təsdiqləyib; nazirliyin hesabatında apreldə 5085 döyüş toqquşması qeydə alındığı halda, mayda bu rəqəmin 7008-ə yüksəldiyi bildirilir.
"DeepState"in hesablamalarına əsasən, may ayı ərzində Rusiya ordusu cəmi 14 kvadratkilometr ərazi işğal edə bilib. Analitiklər vurğulayırlar ki, bu, 2023-cü ilin oktyabrından bəri son illərdə ilk dəfədir ki, işğal olunmuş ərazilərin artım tempində Rusiya üçün mənfi balans qeydə alınır. Həmçinin qeyd olunub ki, təhlükəsizlik mülahizələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin irəliləyişi xəritələrdə müəyyən gecikmə ilə əks olunur.
Natiq Səlim,
KONKRET.az

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK