"Rusiya Qazaxıstanla bağlı planı Turanın qarşısını almaq üçün cızıb" - ŞOK SENARİ

"Qazaxıstandakı olayların necə başladığı, sifarişin haradan verildiyi, bunun üçün kimin sıradan çıxarıldığı aydın görünür. Bunu gizlətmək mümkün deyil. 1990-cı ilin 20 yanvarında rus ordusu Azərbaycana hansı bəhanə ilə daxil olub mülki insanları qırmışdısa, eyni proqramla da Qazaxıstana soxulub. Sadəcə, bunun adı bir qədər fərqlidir".
KONKRET.az xəbər verir ki, bunu Reyting.az-a Azərbaycanın sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov Qazaxıstanın Rusiya tərəfindən nəzarətə götürülməsindən danışarkən deyib.
F. Cəlilov bildirib ki, 1990-cı ilin 20 yanvarında Bakıya daxil olanlarla 2022-ci ilin 5 yanvarından sonra Qazaxıstana daxil olanların məqsəd və məramı eynidir:
"20 yanvarda bəzi təxribatçılar xalqı küçələrə tökərək özləri aradan çıxdı. Məqsəd rus əsgərinin bura daxil olmasına bəhanə vermək idi.
Eyni layihə Qazaxıstanda başlanıldı. Sıxılmış qazın qiymətinin artırılması ilə insanlar küçələrə çıxdı. Bu, normal proses idi. Amma qiyməti artıran Qazaxıstan dövləti deyil. Qazaxıstanın qaz şirkəti var və müxtəlif bölgələrdə qiymətlərin tənzimlənməsinə onlar baxır. Qiyməti qaldırmışdılar ki, camaatı küçələrə çıxara bilsinlər. İnsanları küçəyə çıxardılar. Xalq da tələbini irəli sürdü və hökumət də onu qəbul etdi.
Birinci tələb qiymətlərin aşağı salınması idi, salındı.
İkinci tələb Nazarbayevin getməsi idi. Əslində bütün şüar "Qoca, çıx get!"lə bağlı idi.
Hökumət buraxıldı, daha sonra Nazarbayev getdi. Bundan sonra nə olmalı idi? Nümayişçilərin təmsilçisi ilə hökumət nümayəndələri oturub məsələni çözməli idi. Amma bu baş vermədi. Çünki hökumət bunu etmədi. Sözsüz ki, yazılan ssenaridə bu nəzərdə tutulmurdu. Əgər nəzərdə tutulsaydı, rus ordusu Qazaxıstana gələ bilməzdi. Bunun əvəzində təxribatçıları aksiyanın içinə saldılar. Bəzi mağaza və obyektlər qarət edildi, polislər döyüldü və ya öldürüldü, etirazçılara silah paylanıldı. Bunlar əvvəlcədən hazırlanmışdı".
F. Cəlilov qeyd edib ki, 1990-cı ildə Bakıda da kimlərisə eyvandan atmışdılar: "İnsanlar nə bilirdi ki, hansı binada kim yaşayır? Bəlli adamların əlinə öncədən siyahı və ünvan verilmişdi. Qazaxıstanda da eynən belə oldu".
Professorun iddiasına görə, bu layihəni Rusiya başladıb: "Niyə bunu edir? Çünki Qazaxıstan ayı ilə əjdahanın arasındadır – Şimalda Rusiya, Şərqdə Çin!
Rusiya ilə Qazaxıstanın 7500 kilometr sərhədi var. Bu o deməkdir ki, artıq Qazaxıstanda Turan şüarları həyata keçsə, Rusiyanın 7500 kilometrliyində güclü dövlət formalaşır – arxasında da Böyük Turan! Bunun qarşısını almaq üçün Rusiya bu planları cızdı. Hadisələrin necə başa çatacağı iki ssenari əsasında ola bilər. Hesab edirəm ki, tələsmək lazım deyil, hadisələri izləmək vacibdir".
Türkoloq bildirib ki, Rusiya Qazaxıstanı cəzalandırır: "Məqsədlərinə nail olduqdan sonra çəkilə bilərlər. Rusiya istəyir ki, Qazaxıstan latın əlifbasına keçməsin, rus məktəblərini yenidən açsın, rus dilini ikinci dövlət dili elan etsin".
F. Cəlilov deyib ki, KTMT adlı rus qoşunlarının Qazaxıstanda uzunmüddətli qalmayacağına ümid edir.

Siyasi       Tarix: 09 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video sonxeber.az apa.az xeberler sonxəbər