"Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq" - Simonyan
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə bazarı üçün Rusiya qazının qiymətlərinin artırılmasını az ehtimal olunan hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
"Belə söhbətlər yeni deyil və məsələn, qazın və ya malların qiymətləri ilə bağlı müzakirələr uzun illərdir aparılır və əgər belə bir qərar qəbul edilərsə, Ermənistan öz qərarını verəcək və həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq. Amma mən düşünmürəm ki, iş bu yerə çatsın, çünki ölkə rəhbərləri arasında çox yaxşı, məhsuldar və səmərəli söhbətin baş tutduğunu da bilirəm", – Simonyan deyib.
O əlavə edib ki, Ermənistan Rusiyaya qarşı heç bir addım atmayıb və atmır.
"Biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyəcəyik, lakin bununla belə Ermənistan Respublikasının maraqlarını müdafiə edəcəyik", – o bildirib.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan eyni məsələ ilə bağlı bildirib ki, Ermənistan üçün Rusiya qazının qiyməti çox güman ki, dəyişməyəcək, çünki tərəfdaşlar üçün Ermənistanın KTMT və Aİİ tərkibində qalması vacibdir./Report

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK