Rusiya qazının nəqli kəsilsə, Avropa nə edəcək? Alternativlər nə dərəcə uğurludur? - "The Economist"in TƏHLİLİ

Rusiya qazının nəqli kəsilsə, Avropa nə edəcək? Alternativlər nə dərəcə uğurludur? - Rusiyanın Ukraynadakı əməliyyatı Avropa enerjisinin gələcəyi – xüsusən də təbii qazın tədarükü haqqında ciddi düşünməyə vadar edir. Hazırda Avropa öz enerjisinin təxminən dörddə birini Rusiyadan alır. Rəsmi statistikaya görə, 2019-cu ildə qaz tədarüklərinin 40%-dən çoxu Rusiyanın payına düşüb. Son illər Qərb Rusiyanın qaz ixracına tam qadağa qoymayıb. Lakin Almaniya tamamlanmaqda olan, lakin işə salınmayan "Şimal axını-2" qaz kəmərinin lisenziyasını dayandırdı.
Bəs indiki şəraitdə Rusiya prezidenti Vladimir Putin Qərbə gedən qazı kəsərsə, necə olacaq? Nəzərə alaq ki, alternativ enerji mənbələrinə adətən tankerlərlə daşınan mayeləşdirilmiş təbii qaz (LNG) daxildir. Elə isə xaricdən gələn mayeləşdirilmiş qaz enerji mənbəyi kimi Rusiyadan boru kəməri ilə gələn qazı nə dərəcədə əvəz edə bilər?
Avropa artıq LNG-dən geniş şəkildə istifadə edir. Belə ki, bu qaz  idxalın təxminən dörddə birini təşkil edir. Ona görə də indiki ən böyük sual Avropanın nə qədər təkrar qaz emal edə biləcəyidir. Bildiyimiz kimi, mayeləşdirilmiş qaz əvvəlcə daşınmaq üçün mayeyə çevrilir. Sonra o, adətən sahilə yaxın olan terminallarda "yenidən qazlaşdırma" adlanan üsuldan keçir və yalnız bundan sonra evlərə istilik və elektrik enerjisi vermək üçün yararlı hala gətirilir.
Qeyd eliyək ki, yenidən qazlaşdırma zavodlarının Avropada böyük bazası var. Sadəcə bu sahəyə normal investisiya yatırılmalıdır. "Energy Intelligence" sənaye nəşrinə görə, keçən il Avropanın idxal terminalları 45% dolu idi. Baxmayaraq ki, onların hamısı düzgün yerdə yerləşdirilməyib. Almaniyanın, ümumiyyətlə, terminalları yoxdur və onun qaz infrastrukturu əsasən Avropanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdədir. Bu məsələdə yalnız İspaniyada vəziyyət qənaətbəxşdir. Belə ki, bu ölkədə bütün qitənin qaz tutumunun dörddə birini təşkil edə biləcək baza var.
Daha aktual məsələ mayeləşdirilmiş təbii qazın münasib qiymətə təchizatıdır. Ən böyük LNG ixracatçıları ABŞ, Avstraliya və Qətərdir. Onların kifayət qədər qaz ehtiyatı var. Və hazırda onların hamısı artıq tam gücü ilə maye qaz ixrac edirlər. Amma indiki halda qazın mayeləşdirilməsi və ixracı üçün imkanların genişləndirilməsi çox vaxt aparacaq.
Ona görə də Avropanın qısa müddətdə ən yaxşı ümidi əvvəlcə başqa ölkələr üçün nəzərdə tutulmuş mövcud LNG tədarükünün qarşısını almaqdır. Ancaq Asiyanın özünün LNG-yə ehtiyacı var və kifayət qədər çoxdur. Məsələn, Çin idxalı 2017-ci ildən 2020-ci ilə qədər 82% artıb və ötən il Pekin Tokionu keçərək dünyanın ən böyük maye qaz idxalçısı olub. Bundan əlavə, dünya LNG-nin təxminən 70%-i on və ya daha çox illik müqavilələr əsasında ticarət edilir. Avropa isə daha çox spot bazarlara və qısamüddətli müqavilələrə arxalanır. Keçmişdə Avropa bu səbəbdən bol təkliflə aşağı qiymətlərdən yararlana bilib. Bundan əlavə, bu, ölkələrin gələcək onilliklər ərzində qalıq yanacaqlara dair bir növ təminatdır. Digər tərəfdən, Avropanın özü də bazarın ixtiyarındadır.
Bu mövsümün payız və qış aylarında Avropanın qaz tədarükü azaldıqca – qismən də Rusiyadan tədarükün azalması səbəbindən – maye qaz idxalı kəskin şəkildə artdı. Eləcə də qiymətlər kəskin şəkildə yüksəldi. Keçmişdə Asiyada spot qiymətlər, ümumiyyətlə, Avropadan daha yüksək olub. Amma son aylarda Avropa qiymətləri Asiya qiymətləri ilə tarazlaşdı.
Ukraynadakı münaqişə mövcud vəziyyəti daha da gərginləşdirdi. Putin fevralın 24-də xüsusi hərbi əməliyyat keçirəcəyini elan etdikdən sonra Avropanın şimal-qərbində LNG-nin qiyməti bir gecədə 29% artıb. Avropalı liderlər maye qazın yeni ehtiyatlarını təmin etməyə çalışırlar. Bu məsələdə ABŞ daha çox şey verə bilmədiyi üçün prezident Co Bayden qitəyə başqa mənbələr tapmağa kömək edəcəyinə söz verdi. Amma indiyə qədər onun cəhdləri nəticəsiz qalıb. Fevralın 22-də Qətərin energetika naziri bildirib ki, Rusiya qazını əvəz etmək üçün kifayət qədər LNG-ni tez bir zamanda tədarük etmək demək olar ki, qeyri-mümkündür.
Onu da nəzərə alaq ki, mayeləşdirilmiş qaz Rusiyanın itirilmiş tədarükünü tam ödəmək üçün Avropa üçün alternativ deyil. Sadəcə son variantlardan biridir. Onun da reallığı şübhə doğurur.
"The Economist", Böyük Britaniya.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 28 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az