Rusiya Türk Birliyinə, Bakı Aİİ-yə daxil olarsa... - Razuvayev

Rusiya Türk Birliyinə, Bakı Aİİ-yə daxil olarsa... - RazuvayevRusiyanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistandan çox Azərbaycanı görmək istəməsi elementar istiqadi məntiqdir.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a müsahibəsində tanınmış rusiyalı iqtisadçı Aleksandr Razuvayev Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün regionda Zəngəzur dəhlizinə ehtiyac olması ilə bağlı sözlərini şərh edərkən deyib.
"Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından qat-qat böyükdür. Və təbii ki, Hindistan və İranla ticarətdə malların tranziti faktoru da var. Astana Azərbaycanın Aİİ-yə daxil olmasını həmişə dəstəkləyib. Avrasiya İttifaqının özü Qazaxıstanın ilk prezidenti cənab Nazarbayevin ideyasıdır. O, bunu çoxdan – 1994-cü ildə Moskva Dövlət Universitetində məşhur mühazirəsi zamanı səsləndirib. Düşünürəm ki, Rusiya və Qazaxıstan Azərbaycanın müşahidəçi statusu məsələsində Ermənistanı sıxışdıracaq. Ermənistan təbii ki, bütün qonşularla münasibətlərin normallaşmasından faydalanır. Buna onların başındakı intiqam düşüncələri mane olur, çünki mən ABŞ və Avropa Birliyindəki erməni diasporunun mövqeyini başa düşürəm. Fikrimcə, Rusiyanın Türk Dövlətləri Təşkilatına daxil olması düzgün olardı. Azərbaycan və Türkiyə isə Aİİ-də olardı. Bu ssenari Özbəkistan üçün də faydalı olar, çünki Moskva və Ankara ilə hərbi əməkdaşlığı gücləndirməyə, satış bazarını Türkiyə və Azərbaycan hesabına genişləndirməyə imkan verəcək. Rusların və türklərin bölüşəcək heç bir şeyi yoxdur. Ayrı-ayrılıqda isə Qərbə və Çinə müqavimət göstərmək çətin olacaq", – həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasını planlaşdırır:
"Orada avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Çox yaxşı fikirdir. Bu, Türkiyəni Naxçıvan, Azərbaycan və Xəzər dənizinin o tayında Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Paşinyanla üçtərəfli görüşündə regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması mövzusu müzakirə olunub. Yenə deyirəm, Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir və qonşuları ilə münasibətlərin normallaşması, ticarət yollarının açılması onun üçün böyük bir üstünlük olacaq. Bunsuz Ermənistan sadəcə olaraq yaşaya bilməz".

Siyasi       Tarix: 27 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun zelzele futbol xeberleri son xeberler 2026