Rusiya türk dünyasına müdaxilə etdi – Böyük plan

Rusiya türk dünyasına müdaxilə etdi – Böyük planQazaxıstanda açıq-aşkar kirli əlin təşkil etdiyi hadisələrin səbəbi qaz qiymətlərinin artımı yalanı ilə ört-basdır edilir və hədəf yayındırılır. Qiymət artımlarının ləğv edilməsinə baxmayaraq, nümayişçilər hələ də küçələri tərk etməyiblər. Qazaxıstanda məcrasından çıxan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Rusiyanın xarici müdaxiləsinə çevrilən hadisələr Kremlin bir oyunudurmu, yoxsa xarici manipulyasiyanın qarşısını almaq üçün Qazaxıstana daxil olub? Bu kimi sualların cavabını ən yaxşı Tokayev bilir.
KONKRET.az  xəbər verir ki, bu sözləri türkiyəli terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Onun sözlərinə görə, Qazaxıstanda hadisələrin başvermə səbəbinin qiymətlərin qalxması ilə əlaqəsi çox uzaqdır:
"Qazaxıstanda xaricə, Rusiyaya bağlı olan bir sıra fiqurlar bunun bir inqilab olduğunu və hədəflərinin hökuməti devirmək, siyasətçiləri dəyişdirmək olduğunu açıqlamağa başladılar".
Verilən açıqlamaların ağıllara "Ərəb baharı"nı və rəngli inqilabları gətirdiyini bildirən Ağar hadisələrin çox ciddi olduğunu vurğulayıb:
"Baş verən hadisələrdən sonra Tokayev KTMT-dən kömək istədi və bununla proseslərinin istiqaməti dəyişdi. Ölkəyə bir müdaxilə oldu. Təxminən 3 min rus, 1500 Belarus və 70 Ermənistan əsgəri hadisələrə müdaxilə etdi. Proseslər arasında ən ciddi məsələ bir türk dövlətinin belə bir təsir altına girməsidir. Rusiyanın bu cür həmlələrinin nə kimi nəticələr doğurduğunu təxmin edə bilirik. Bu məqamda Qazaxıstanın və türk dünyasının gələcəyinin necə olacağı, geosiyasi mənada hadisələrin hansı məhdudiyyətlərə səbəbə olacağı son dərəcə əhəmiyyətlidir".
Ekspert Rusiyanın bütün istiqamətlərdə Ukraynaya qarşı bir qalxan formalaşdırmağa çalışdığını vurğuladı:
"Türk dünyası ilə bağlı son dərəcə vacib ümidlərin qabarmış olduğu bir dünyada, təxminən üç milyon kvadrat km-lik coğrafiya hazırda yaşanmaqda olan qeyri-sabitliyə görə xarici müdaxilə ilə qarşı-qarşıya qalıb. Yaşananları buradan oxumaq olduqca çətindir, amma bir gerçək var ki, indi ölkəyə müdaxilə var və bu, Rusiya tərəfindən həyata keçirilib. Çıxacaqlarmı, qalacaqlarmı, bu qalma və çıxma mərhələlərində Türkiyə və türk dünyası nə edəcək, formalaşmaqda olan türk dünyası təşəbbüsü nə olacaq kimi sualların cavabları çox böyük əhəmiyyətə sahibdir. İndi isə ancaq bunu proqnozlaşdıra bilirik ki, Rusiya şərqdə, qərbdə və cənubda Ukraynaya qarşı qalxan qurur. Belarus, Qazaxıstan, Qarabağ kimi məsələlərin hamısı bu qalxanla bağlıdır. Sözügedən qalxanın bizim coğrafiyamıza keçməsi ilə işin rəngi dəyişib. Mövzunu araşdırarkən Qarabağ, ABŞ-la NATO-nun Ukrayna ilə bağlı didişmələri, Belarusda miqrant böhranı kimi məsələləri də gözardı etməməliyik. Qazaxıstandakı vəziyyəti bəhs etdiyimiz ümumi mənzərə fonunda oxumaq onun önəmini bizə göstərəcək"./axar.az/

Siyasi       Tarix: 07 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam.az xeberler cəbhədən son xeber ən son xeberler xeber