Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion proqnoz: Qalibin kim olacağı bilinəcək

Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion proqnoz: Qalibin kim olacağı bilinəcəkSon aylarda Ukraynada həm hərbi, həm də mülki itkilərin artması fonunda müharibənin daha qanlı və dağıdıcı mərhələyə keçdiyi barədə müzakirələr genişlənib. Xüsusilə, Rusiyanın Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirməsi, enerji və mülki infrastrukturun hədəfə alınması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Bəs cəbhədəki hazırkı hərbi-siyasi vəziyyət müharibənin Rusiyanın xeyrinə dəyişdiyini göstərir, yoxsa qarşıdurma daha təhlükəli mərhələyə daxil olur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, xüsusilə 9 May paradından sonra Rusiyanın Ukraynaya qarşı daha aqressiv davranacağı gözlənilən idi:
Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion proqnoz: Qalibin kim olacağı bilinəcək"Ukrayna Prezidentinin 9 Mayda Moskvada keçirilən paradla bağlı imzaladığı xüsusi fərman əslində Ukraynanın Rusiya üzərində psixoloji üstünlüyü kimi qiymətləndirilə bilərdi. Rusiya isə buna cavab olaraq Ukrayna ərazisində daha çox mülki infrastruktur və yaşayış obyektlərini hədəfə almaqla müəyyən qisasçılıq balansı yaratmağa çalışır".
Politoloqun sözlərinə görə, baş verənlər heç də Ukraynanın məğlub olması və ya müharibənin Rusiyanın xeyrinə yekunlaşacağı anlamına gəlmir:
"Ukrayna artıq müharibəni yalnız öz ərazisində aparmır. Ukrayna dronları, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketləri vasitəsilə Rusiyanın dərinliklərinə qədər zərbələr endirə bilir. Elə 9 May paradı ilə bağlı verilən fərman da göstərdi ki, Ukrayna tərəfi Moskva və Sankt-Peterburq kimi böyük şəhərləri, eləcə də Rusiyanın mühüm sənaye mərkəzlərini hədəfə almaq imkanına malikdir".
Taleh Əliyev qeyd edib ki, hazırda müşahidə olunan proseslər müharibənin yeni və daha şiddətli mərhələyə keçdiyini göstərir:
"Bu vəziyyəti yalnız 9 May hadisələri ilə əlaqələndirmək düzgün olmaz. Həm Rusiya, həm də Ukrayna ərazisində sərt qış aylarında quru əməliyyatları çətinləşdiyi üçün yay mövsümündə döyüşlərin intensivliyi artır. Bu dəfə Rusiya təkcə qurudan əməliyyatlar həyata keçirmir, həm də uzaqmənzilli artilleriya və raket sistemləri ilə Ukraynanın həm mərkəzi, həm də dərinliklərini hədəfə alır. Təəssüf ki, Rusiya müharibə zamanı humanizm prinsiplərinə əməl etmir və bu da mülki itkilərin artmasına səbəb olur".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 16 may 2026
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun