Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına müsbət və mənfi təsirləri – ÖZƏL AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına müsbət və mənfi təsirləri – ÖZƏL AÇIQLAMARusiya və Ukrayna arasındakı müharibə fonunda rəsmi Moskvaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar Kremli çətin vəziyyətə salıb. Artıq Qərbdəki ticari partnyorlarını və tərəfdaşlarını itirmək təhlükəsi ilə üzləşən Rusiyanın üzünü Çin və Cənubi Qafqaz bazarına tutacağı heç kimdə şübhə doğurmur.
Bəs Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda bu ölkənin iqtisadi vəziyyətinin ağırlaşması Azərbaycana hər hansısa bir formada təsir göstərə bilərmi? Ümumiyyətlə Rusiyanın Cənubi Qafqaz bazarına yönəlməsinin nə kimi müsbət və mənfi tərəfləri ola bilər?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gəlirə çevriləcək və ya əksinə mənfi təsir göstərə biləcək amillər var:
"Mənfi təsir göstərəcək amillərdən biri odur ki, Rusiyanın tamamilə SWIFT-dən çıxarılması ölkələrarası pul köçürmələrində problemlərə səbəb olacaq. Gəlir dövriyyəsi banklar vasitəsilə həyata keçirilir. Beynəlxalq pul köçürmələri tamamilə dayandırılsa, o zaman Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin dəyərinin ödənilməsi problemi yaşana bilər. Yəni ehtiyat pul köçürmələri problemə çevrilə bilər ki, bu da ciddi narahatlıq doğuran bir məsələdir. İkinci bir məsələ Rusiyada yaşayan soydaşlarımızın ölkəyə göndərdikləri vəsaitlərlə bağlıdır.  Düzdür son vaxtlar bu köçürmələrin azaldığı müşahidə edilirdi. Amma son məlumatlara görə ildə təqribən 800-900 milyon dollara yaxın vəsait göndərilirdi ki, bu da kifayət qədər ciddi rəqəmdir. Bunların ölkəyə gəlməsinin qarşısı kəsiləcək. Bütün soydaşlarımızın gəlirləri azalacaq. Ölkəyə pul köçürmələrində problem olacaq. Bu da mənfi amillərdən biridir".
Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına müsbət və mənfi təsirləri – ÖZƏL AÇIQLAMANatiq Cəfərli baş verən proseslərin Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək tərəflərindən də danışıb:
"Rusiya bazarı daha çox məhsullara, mallara, xidmətlərə möhtac qalacaq. Qərblə tamamilə əlaqələr kəsiləndən sonra üzünü Şərqə, yəni Çin bazarına, eləcə də Qafqaza və Orta Asiyaya çevirməyə məcbur olacaq. Biz daha çox məhsul satmaq imkanı qazanacağıq. Rusiyaya qadağan edilən müxtəlif layihələrdə vasitəçi ola bilərik. Yaxud logistik üstünlüyümüzdən istifadə edərək Rusiya ərazisindən keçməsi qadağan olunan yüklərin Azərbaycan üzərindən daşınmasını təmin edə bilərik. Bu da əlavə tranzit gəlirlər gətirə bilər. Bu yollarla Azərbaycan həm üstünlük, həm də vəsait qazana bilər. Amma bunların hamısı o zaman mümkün ola bilər ki, Rusiya ilə əməkdaşlıq edən 3-cü ölkələrə sanksiyalar tətbiq edilməsin. Hələlik bununla bağlı ümumiyyətlə söhbət getmir. Dolayı sanksiyaların olmaması Azərbaycanın öz ticari əlaqələrini davam etdirməsinə kifayət qədər imkanlar, fürsətlər yaradacaq. Bu da ticarət dövriyəmizi artırmağa və daha çox vəsait qazanmağımıza imkan verəcək".
Müşviq Tofiqoğlu
KONKRET.az

Sosial       Tarix: 01 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az