Rusiya-Ukrayna müharibəsinin qlobal hədəfləri: yeni texnikalar tətbiq edilir - İLGİNC ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin qlobal hədəfləri: yeni texnikalar tətbiq edilir - İLGİNC ŞƏRHRusiya-Ukrayna müharibəsi iki konteksdə diqqət çəkir:
1. Rusiyanın Ukraynaya hücumu (hərbi)
2. Qərbin Rusiyaya hücumu (iqtisadi)
– Rusiya Ukrayna üzərindən Qərbin planlarını bloklamağa çalışır, cəbhə yaradır, Qərblə Şərqi birləşdirən nöqtələrdə dağıdıcılığı, anarxiyanı təmin edir. Sivil nöqtələri qənaətbəxş hesab etmir.
– Qərb Ukrayna üzərindən Rusiyanın Şərqdəki hegemon müqavimətini və Avropadakı dayaq nöqtələrini qırmağa çalışır.
Hər iki plan Ukrayna üzərindən həyata keçirildiyinə görə, nəticədə Ukrayna poliqona çevrilir.
Ukrayna əhalisi kütləvi şəkildə ölkəni tərk etdiyinə görə, oraya terrorçu qruplaşmaların rahat şəkildə fəaliyyəti də təmin edilir.
Ukrayna əhalisinə qucaq açan ölkələr Ukraynanın poliqona çevrilməsini legitimləşdirirlər.
Yuxarıdakı 1-ci və 2-ci faktorlar göstərir ki, bu müharibəni Rusiya-Ukrayna müharibəsi kimi dəyərləndirmək doğru olmazdı. Düzdür, deyilə bilər ki, Rusiya hücum etməsəydi, Qərb də sanksiyalar tətbiq etməzdi. Amma nəzərə almaq lazımdır ki, Rusiyaya sanksiyaların tətbiqi Qərb üçün alternativsiz yol idi və bu sanksiyaların tətbiqi üçün Rusiyanı növbəti dəfə işğalçı siyasətə itələmək lazım idi.
Düşündürücüdür, heç bir Qərb dövləti Rusiya ilə birbaşa danışığa gedərək ölkədə günahsız insanların ölümünü əngəlləməyə, yüz minlərlə insanın ölkədən köç etməsinin qarşısını almağa çalışmır.
Şübhəsiz, bütün planların altyapısı mövcuddur. Putin Rusiyaya tətbiq ediləcək sanksiyaların miqyasını və təsir dairəsini əvvəldən hesablamışdı? Şəksiz! Digər tərəfdən, köhnə və primitiv rus texnikaları ilə Ukraynaya hücum edib itkilər vermək, özünü məğlub kimi göstərmək nədən xəbər verir? Çox incə, strateji hərbi həmlələr tətbiq olunur. Rusiya böyük itkilər verir, amma Ukraynanın strateji nöqtələrini də sıradan çıxarır. Ölkənin bərpası mümkünsüzlüyə çevrilir.
Sanksiyalar soyuq müharibənin vacib qoludur. Soyuq müharibənin yeni mərhələsinə qədəm qoyacağıq – silahlanma! Bu müharibələr zamanı XX əsrin hərbi sənayesi də tarixə gömülür.
Köhnə texnikaların uduşlu şəkildə məhvi və yeni texnikaların sınaq tətbiqi müharibənin qlobal hədəflərinə hesablanıb.
Müəllif: Samir Feyruzov /konkret.az

Siyasi       Tarix: 02 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal sonxeberler idman xeberleri kriminal bugun