Rusiya-Ukrayna münaqişəsi neftin qiymətini 150 dollara qədər yüksəldə bilər - XƏBƏRDARLIQ

Rusiya-Ukrayna münaqişəsi neftin qiymətini 150 dollara qədər yüksəldə bilər - XƏBƏRDARLIQQərbin cəza sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatı çökmək təhlükəsi ilə üz-üzədir. Lakin Qərb Putinin cavab olaraq neftdən silah kimi istifadə edə biləcəyindən çox narahatdır. Avropaya ağrılı bir zərbə vurmaq üçün Putinin "klapan"ı tamamilə bağlamasına belə ehtiyac yoxdur.
Görünən odur ki, Rusiya tam şəkildə maliyyə çöküşü ilə üz-üzədir. Qərbin cəza sanksiyaları səbəbindən rubl tarixi minimuma düşdü. Moskva birjası güclü şok yaşadı, dünya bazarlarında Rusiya aktivləri tamamilə dəyərsiz oldu.
Beləcə, Ağ Ev hətta Putinin maliyyə qalasına göz dikərək, Rusiyanı bu böhrandan çıxara biləcək 630 milyard dollarlıq ehtiyatlarının ən azı bir hissəsini əlindən alacaq.
Bu yerdə vacib bir sual ortaya çıxır:  Qərbin nəinki dövlət, hətta şəxsi sərvətlərinə belə tətbiq olunan sanksiyalarına Putin necə cavab verəcək?
Putinin belə vəziyyətdə əlində yeganə rıçaq qalır. O da qərbin hərəkətlərinə cavab olaraq təkcə qazdan deyil, neftdən də silah kimi istifadə etmək.
"Rystad Energy"-nin baş neft analitiki Louise Dikson yazır ki, Rusiyanın enerji təchizatı ciddi təhlükə altındadır. Çünki Rusiya istənilən zaman neftin və qazın nəqlini sanksiyalara cavab olaraq bağlaya bilər.
Artıq dünyada neft təklifi tələbdən ciddi şəkildə geri qalır. Dünyanın ikinci ən böyük neft istehsalçısı olan Rusiya tədarükü bilərəkdən kəsərsə, neftin qiymətləri kəskin şəkildə arta bilər və bu, bütün dünya istehlakçılarına zərbə olar.
"JPMorgan" xəbərdarlıq edib ki, Rusiyadan neft ixracı iki dəfə azalarsa, neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələ bilər. Bu gün neftin qiyməti 110 dolları keçib. Bu isə ən azı 50 faiz qiymət artımı deməkdir.
CNN televiziyası, 3 mart 2022-ci il
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 03 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi