Rusiya və İran artıq tərəfdaş oldu - Putindən VACİB İMZA
Rusiya və İran artıq strateji tərəfdaşa çevrilib. Rusiya lideri Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişini təsdiq edən qanunu imzalayıb.
KONKRET.az xəbər verir ki, Rusiya ilə İran arasında münasibətlərdə irəliyə doğru daha bir addım atılıb.
Rusiya prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Putinin təsdiq etdiyi saziş Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.
Saziş Moskva ilə Tehran arasında uzunmüddətli əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradır. Rusiya və İrana rəsmən "strateji tərəfdaş" statusu verən saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət və texnologiya da daxil olmaqla bütün sahələri əhatə edir.
İranın xarici işlər naziri Abbas Arakçı ötən həftə Moskvada Putinlə görüşüb. Arakçi İran və Rusiya arasında imzalanması planlaşdırılan "Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi"nin iki ölkə arasında əməkdaşlığın göstəricisi olduğuna işarə edərək, əlaqələrin bütün sahələrdə dərinləşdirilməsi lazım olduğunu bildirib.
Putin isə görüş zamanı ikitərəfli münasibətlərin, eləcə də regional və beynəlxalq məsələlərdə əməkdaşlıq və koordinasiyanın iki xalqın maraqlarına xidmət etdiyini və regional sabitliyi gücləndirdiyini vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir