Rusiya Xamneinin səhhəti haqda məxfi məlumat toplayır - ŞOK DETALLAR
"Strateji tərəfdaşlıq haqqında sazişə baxmayaraq, Rusiya və İran bir-birləri haqda casus məlumatları toplayır".
KONKRET.az Musavat.com-a istinadən xəbər verr ki, bunu "The Insider" Federal Təhlükəsizlik Xidmətinin məxfi sənədlərinə istinadən məlumat yayıb. Bildirilir ki, Moskva və Tehran üzdə əməkdaşlıq nümayiş etdirsələr də, əslində bir-birlərinə inanmırlar, bu səbəbdən də kəşfiyyat fəaliyyətini aktiv şəkildə davam etdirirlər.
Moskvadakı səfirliyin diplomatik pərdəsi altında fəaliyyət göstərən İran kəşfiyyatı xüsusilə Rusiyanın hərbi və kosmik texnologiyaları ilə maraqlanır. Əməliyyatlar diplomatik nümayəndə heyətləri çərçivəsində həyata keçirilir – İran nümayəndələri mütəmadi olaraq Rusiyanın elmi-tədqiqat institutlarına və müdafiə sənayesi müəssisələrinə baş çəkirlər. Belə səfərlər zamanı rusiyalı mütəxəssisləri məxfi əməkdaşlığa cəlb etmək cəhdləri də olur. Xüsusilə, söhbət aerokosmik, elektron və nüvə sferasında məxfi məlumatlara çıxışı olanlardan gedir. Onları pul, qrantlar, xarici müqavilələr vədləri ilə şirnikləndirirlər.
Bundan başqa, İran Rusiyanın müsəlman icmasında ideoloji iş aparır, İslamın şiə istiqamətini təbliğ edir və öz təsir mərkəzlərini formalaşdırır. Bu, Rusiya xüsusi xidmət orqanlarını daha ciddi narahat edir. "The İnsider" FTX-nın 2024-cü il üçün sənədlərinə əsasən bildirir ki, Rusiya da İranın İnformasiya Nazirliyi və digər informasiya orqanlarında agent şəbəkəsi yaratmağa cəhd edir. İranın daxili siyasəti, o cümlədən Ayətullah Xameneinin səhhəti və onun yerinə mümkün namizədlər barədə məlumatların toplanmasına xüsusi diqqət yetirilir.
Moskva İran tərəfinin Rusiya texnologiyalarına, xüsusən də hərbi və nüvə sferasına çıxış əldə etmək, eləcə də dövlət sirlərinə çıxışı olan mütəxəssisləri şirnikləndirmək cəhdlərini diqqətlə izləyir. İdeoloji təsirə də az diqqət yetirilmir: xüsusi xidmət orqanları İranın dini icmalar daxilində təsirinin güclənməsindən ehtiyat edərək Rusiyada şiə təbliğatının yayılmasına nəzarət etməyə çalışırlar.
Rusiya İranla sıx yaxınlaşmasına baxmayaraq, İsraillə, xüsusən də Xarici Kəşfiyyat Xidməti vasitəsilə əməkdaşlığı davam etdirir. Bunu "The Insider"in hərbi əks-kəşfiyyatdakı mənbələri də təsdiqləyir.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır