Rusiya XİN: "Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik
Rusiya XİN: "Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik"
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edib.
Oxu.Az xəbər verir ki, həmin şərh nazirliyin rəsmi saytında yerləşdirilib.
Qeyd edilir ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasından alınan ilkin məlumata görə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə liderdir.
1314 namizəd 125 yer uğrunda mübarizə aparıb ki, bu da 2015-ci ildəki son parlament seçkilərindən iki dəfə çoxdur. Seçkilərdə 19 siyasi partiyadan 246, təşəbbüs qruplarından 11 və bitərəf olan 1057 namizəd iştirak edib. Seçicilərin fəallığı 47,81% olub, səsvermədə 2 milyon 547 min 982 nəfər iştirak edib.
Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883) müşahidəçi, o cümlədən Rusiyadan olan müşahidəçilər qrupu izləyiblər. MDB və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri seçkilərin milli qanunvericiliyin tələblərinə uyğun keçirildiyini və vətəndaşların səsvermə hüquqlarının kobud şəkildə pozulması hallarının aşkar edilmədiyini bildiriblər.
Rusiya XİN təəssüflə qeyd edir ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament Assambleyalarından olan müşahidəçilər qərəzli və subyektiv yekun qiymətləndirmələr aparıblar:
"Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirik və bildiririk ki, bu seçki Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarına əhalinin dəstəyini göstərir.
Milli Məclisin deputat korpusunun yeni tərkibi və Rusiya Federasiyası Federal Məclisi arasında Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam edəcəyini gözləyirik". /oxu.az

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı