Rusiya XİN-dən Bakıya cavab: "Zaxarova elə söz deməyib"
2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yolları QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişləri haqda Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl ətraflı izahat verib. Təqdim olunan məlumatlar və rəqəmlər heç bir etiraz yaratmadı. Bunlar faktlardır.
KONKRET.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Qəribə gələn tesiz odur ki, Rusiya XİN mətbuat katibi bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin guya Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olduğunu iddia eib və münasibətlərin yaxşılaşması üçün onların azadlığa buraxılmasını şərt kimi irəli sürüb. Mətbuat katibi elə söz deməyib.
Bu il sentyabrın 4-də Şərq İqtisadi Forumundakı brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova aşağıdakı sözlərlə bildirib: " Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb".
Onu da diqqətə çatdırırıq ki, sərnişin təyyarəsinin qəzaya uğrama şəraiti ilə bağlı Qazaxıstan Respublikası, Rusiya və Azərbaycan Respublikasının iştirakı ilə aparılan beynəlxalq təhqiqat HƏLƏ BAŞA ÇATMAYIB (Fərqləndirmə Rusiya XİN-ə məxsusdur – red.). Ölkəmizin faciənin səbəblərini aydınlaşdırmağa çalışdığına və baş verənlərin tam mənzərəsini təsəvvür etmək üçün əlindən gələni əsirgəməyəcəyinə heç kəsin şübhəsi olmasın", – Rusiya XİN-dən qeyd ediblər.
Qeyd edək ki, ötən gün Rusiya XİN Bakı-Qroznı reysi ilə uçan və Qroznı səmasında Rusiya HHM qüvvələri tərəfindən vurulduğu üçün Aktau hava limanı yaxınlığında qəzaya uğrayan AZAL mülki təyyarəsinə görə sığorta ödənişlərinin artıq həyata keçirildiyini və bunun davam etdiyini açıqlamışdı. Həmçinin M.Zaxarova Bakıda həbsdə olan rusiyalıların azad edilməsinin münasibətlərin normallaşması baxımından mühüm addım ola biləcəyini demişdi.
Azərbaycan XİN isə bugünkü rəsmi açıqlamasında sığorta ödənişlərinin yanlış olaraq təzminat kimi anlaşılmaması gərəkdiyi haqda açıqlama yaymışdı. Həmçinin açıqlamada Zaxarovanın sözlərinin şərt kimi anlaşılmasına reaksiya verilmişdi.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib