Rusiyada azərbaycanlıları öldürənlər niyə qəhrəman kimi təbliğ olunur... - İKİ VACİB NÜANS

2019-cu ilin iyul ayının 8-də Rusiyada "Rokko" barında düşən dava zamanı 27 yaşlı azərbaycanlı Fazil Balayev Anatoli Qrudistov tərəfindən qətlə yetirilmişdi. Anatoli F.Balayevin gözündən atəş açmışdı. Federal axtarışa veriləndən 9 gün sonra A.Qrudistov təslim olmuşdu və Rusiya prokurorluğu onu "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə təqsirli bilmişdi. Elə buna görə də müxtəlif "hüquqi" əsaslarla Qrudistov həmin vaxt sərbəst buraxılmışdı. Lakin azərbaycanlıların ciddi mübarizəsi nəticəsində Qrudistov yenidən həbs edildi və bu günlərdə istintaqı başa çatdı, ona 8 il həbs cəzası verildi.
Kütləvi dava zamanı 27 yaşlı gənci güllələyən dava iştirakçısına "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə iş açmaq əsl rəzalət idi. Bu maddə öldürülən azərbaycanlıların qanının batırılması üçün Rusiyanın biçdiyi "qanuni ölüm libası"dır. Şübhələr isə öz təsdiqini tapmaqdadır: Rusiyada azərbaycanlıları və digər qeyri-millətlərin nümayəndələrini öldürənlər məhz bu maddə ilə ittiham olunurlar. Deməli, azərbaycanlıları qətlə yetirən əslində Rusiya qanunlarıdır, ruslar bu qətllərin sadəcə icraçılarıdırlar. Qrudistov Rusiyada əsl "qəhrəman" kimi təbliğ olunurdu. Bu məsələdə Rusiya hüquq-mühafizə orqanlarına bağlı olan media qurumları, hüquq müdafiəçiləri xüsusi canfəşanlıq göstərirdilər, hətta qatilin əməlləri "Rusiya dövlətinə xidmət" kimi dəyərləndirilirdi. Ermənilər Qrudisovun azadlığa çıxması üçün bütün resurslarını səfərbər etmişdi .
Rusiyada azərbaycanlıları öldürənlər niyə qəhrəman kimi təbliğ olunur... - İKİ VACİB NÜANSAnatoli Qrudistov
Ssenari dəyişmədi, təxminən 2 il sonra Rusiyada polis 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin başından atəş açaraq onu qətlə yetirdi. V.Abdullayevi qətlə yetirən polis işçisi Aleksandr Qusev əvvəl həbs edilsə də, sonradan azadlığa buraxıldı və hazırda da azadlıqdadır.
Hətta Rusiya Federasiyasının ictimai palatasının üzvü, "Yedinaya Rossiya" partiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanı həmin polisin "xidmətə görə təltif olunmasını" təklif etdi. Bu gün Rusiya hüquq-mühafizə orqanlarına bağlı olan jurnalistlər, müxtəlif ictimai fəallar, siyasətçilər A.Qusevi müdafiə edərək, hadisəni "özünü müdafiə" kimi qiymətləndirirlər. Bu məsələdə ermənilər azərbyacanlı gəncin qanının batması üçün əllərində olan bütün resurslardan istifadə edərək Rusiya qanunlarını ayaqlar altına atırlar. "Russia Today" telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyanın bu istiqamətdəki fəaliyyəti xüsusilə diqqətçəkəndir.
Rusiyada azərbaycanlıları öldürənlər niyə qəhrəman kimi təbliğ olunur... - İKİ VACİB NÜANSBirincisi, 19 yaşlı V.Abdullayev yol qəza hadisəsi törədildiyinə görə saxlanılmışdı, Rusiya polisinin silah çıxararaq onu gülləməsinə ehtiyac yox idi. Bu, polisin timsalında Rusiya dövlətinin azərbaycanlılara qarşı dözümsüzlüyünün nümayişidir. Dininə, irqinə, dərisinin rənginə görə insanların qətlə yetirilməsi və nəticədə qatillərin cəsasız qalması Rusiya qanunlarının sadəcə kağız parçası olmasının və azərbaycanlılara qarşı aqressiv münasibətinin göstəricisidir.
İkincisi, bu məsələdə rusiyalı nasistlərin, xüsusilə də, Mariya Putina kimilərinin 19 yaşlı gəncin ölümünə haqq qazandırması, qatil polisin müdafiə etməsi göstərir ki, belələrinin millət vəkili kimi Rusiyanın adından danışması əslində elə təmsil etdiyi dövlətin rasist mahiyyətini ortaya qoyur.
Üçüncüsü, ermənilərin qatil polisi müdafiə edərək digər azərbaycanlılarının da öldürülməsinin vacibliyi ilə bağlı çağırışlar etməsi Rusiya qanunlarının onların əlində sadəcə aliminium teli olduğunun göstəricisidir. Ermənilərin Rusiyanın hüquq-mühafizə orqanlarını pulla ələ alaraq azərbaycanlıların öldürülməsini ört-basdır etməsi artıq adi hala çevrilib. Bu barədə isə yüzlərlə faktlar var.
Rusiyada azərbaycanlıları öldürənlər niyə qəhrəman kimi təbliğ olunur... - İKİ VACİB NÜANSVəkil Abdullayev
Gözləyək... İnanmaq istəyirik ki, Rusiya ermənilərin, rasistlərin, qisasçı qrupların ayaqları altından qaldırıb öz qanunlarının ləyaqətlə icra olunmasını təmin edəcək. Əks təqdirdə, azərbaycanlılara qarşı həyata keçirilən silsilə qətl hadisələri bir daha isbatlayacaq ki, soydaşlarımızın öldürülməsi və qatillərin cəzalandırılmaması elə Rusiya dövlətinin öz rasist siyasətinin tərkib hissəsidir.
Samir Feyruzov

Siyasi       Tarix: 09 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan son xeberler bu gun sonxəbərlər