Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı

Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandıRusiyada yanacaq böhranı getdikcə daha da dərinləşir. Ölkənin müxtəlif regionlarında benzin qıtlığı müşahidə olunur, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. 
Novorossiysk şəhərində benzin tamamilə tükənib, dizel yanacağının satışı isə ciddi məhdudlaşdırılıb. Mütəxəssislər yaranmış vəziyyətin əsas səbəblərindən birinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir sıra müəssisələrin fəaliyyətinin dayanması olduğunu bildirirlər. Yanacaq bazarında sabitliyi qorumağa çalışan Rusiya hökuməti isə satış və ixrac məhdudiyyətlərini genişləndirir. 
Moskva və Sankt-Peterburq da daxil olmaqla ölkənin təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlər tətbiq edilir.
Politoloq Rusif Məmmədsoy azxeber.com-a açıqlamasında deyib ki, Rusiyada yanacaq qıtlığının yaranmasının bir neçə fundamental səbəbi var:
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı"Rusiyada yanacaq qıtlığının yaranmasının bir neçə fundamental səbəbi var. Bunlardan ən başlıcası son illər ərzində Ukraynanın Rusiyanın neft emalı zavodlarına həyata keçirdiyi məqsədyönlü hücumlardır. Bu zərbələrin əsas məqsədi Rusiyanın neft emalı imkanlarını zəiflətmək, ölkənin enerji gəlirlərini azaltmaq, daxili bazarın yanacaqla təminatında problemlər yaratmaq və ixrac imkanlarını məhdudlaşdırmaqdır. Bununla yanaşı, müharibə şəraitində ordunun fasiləsiz yanacaqla təmin olunmasının qarşısını almaq da Ukraynanın strateji hədəflərindən biri hesab olunur".
Politoloq qeyd edib ki, hazırda yaranmış vəziyyət Rusiya üçün bir fəlakətdir:
"Hazırda yaranmış vəziyyət Rusiya üçün bir fəlakətdir. Bir vaxtlar dünyanın əsas enerji təchizatçılarından biri hesab olunan Rusiya indi daxili tələbatı ödəmək üçün Hindistan və Qazaxıstan kimi ölkələrdən yanacaq almaq məcburiyyətində qalır. Bu isə ölkənin enerji sahəsində əvvəlki üstünlüyünü itirməyə başladığını göstərir. Bu vəziyyətin əsasında Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması dayanır". 
O deyib ki, münaqişənin yaxın vaxtlarda başa çatacağına dair ciddi əlamətlər görünmür:
"Eyni zamanda, münaqişənin yaxın vaxtlarda başa çatacağına dair ciddi əlamətlər görünmür. Cəbhədə tərəflər arasında müəyyən mənada dalana dirənmiş vəziyyət yaranıb. Rusiya nəzarətə götürdüyü ərazilərdən geri çəkilmək niyyətində olmadığını bildirir, Ukrayna isə bu şərtlərlə danışıqlara razılaşmır. Bu səbəbdən müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağı hələ də qeyri-müəyyən olaraq qalır. Bu savaşın yaxın vaxtlarda danışıqlar masasında sülhlə bitəcəyi gözlənilmir".
İqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, Ukrayna indiyədək Rusiyanın neft emalı zavodlarının təxminən 30 faizini sıradan çıxarıb:
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı"Rusiyada yaranan benzin böhranının əsas səbəblərindən biri Ukraynanın həyata keçirdiyi dron hücumlarıdır. Ukrayna indiyədək Rusiyanın neft emalı zavodlarının təxminən 30 faizini sıradan çıxarıb. Nəticədə neft emalı və benzin istehsalı əhəmiyyətli dərəcədə azalıb. Bu isə ölkədə benzin qıtlığının yaranmasına, qiymətlərin artmasına və yanacaqdoldurma məntəqələrində növbələrin formalaşmasına səbəb olub.
Hazırda Rusiya benzin çatışmazlığını aradan qaldırmaq üçün Hindistan və Belarusdan yanacaq idxalı ilə bağlı müqavilələr bağlayıb. Qazaxıstanla isə bu istiqamətdə danışıqlar davam etsə də, hələlik yekun razılıq əldə olunmayıb".
Şahanə Ziyad

Siyasi       Tarix: 07 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər