Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti və diasporumuza hücum davam etdirilir

Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti və diasporumuza hücum davam etdirilirYekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib.
APA-nın əldə etdiyi məlumatda Şahin Şıxlinski barədə cinayət işini aparan müstəntiqlərdən birinin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli Karapetyan A.S. olduğu məlum olub. 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.
Müdafiəçiləri Şıxlınsikinin cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda da kifayət qədər ziddiyyətli məqamların olduğunu qeyd edirlər.
İyunda nə baş vermişdi?
Azərbaycanla Rusiya arasında münasibətlərdəki çatlar 25 dekabr 2024-cü ildə AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra daha da dərinləşdi. Təyyarənin vurulmasından sonra məsuliyyəti öz üzərindən atmaq istəyən Rusiya bu günə qədər də günahkarları cəzalandırmayıb.
Bu ilin iyun ayında isə Rusiya hüquq-mühafizə orqanları münasibətləri daha da gərginləşdirən növbəti addımı atdılar. Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı əməliyyat keçirildi. Heç bir silahdan istifadə etməyən azərbaycanlılara qarşı əməliyyat adlandırılan proses güc tətbiq olunması ilə yadda qalmışdı. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının etdiyi zorakılıq nəticəsində iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itirdilər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olundular. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürüldü.
İyulun 2-də Yekaterinqburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski də zorakılıqla saxlanıldı. Həmin vaxt yayılmış görüntülərdə hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşlarının Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsdikləri görünürdü. Onlar zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayırdılar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxıldı. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxıldı.
Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.
İndi isə məlum olur ki, bu iş üzrə prosesin bütün mərhələlərində Rusiya vətəndaşı olan erməni əsilli şəxslərdən aktiv istifadə olunub. Təsadüfidirmi? Əlbəttə, yox!
Rusiyada anti-Azərbaycan siyasəti davam edir
Şahin Şıxlinskinin işi bir daha göstərir ki, Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti davam etdirilir. Diaspor təşkilatlarımızın rəhbərlərinə, fəallarına təzyiq və təqiblər dayandırılmır, onlar həbs edilir, Rusiya vətəndaşlığından məhrum olunurlar. Bu prosesdə Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi əsas rol oynayır. Məqsəd diasporumuzun rəhbərlərini zərərsizləşdirmək, Rusiyada yaşayan azərbaycanlıları özlərinə tabe etdirmək, gələcəkdə isə onlardan Azərbaycana qarşı istifadə etməkdir.
Şahin Şıxlinskinin həbsindən sonra Yekaterinburqdakı Azərbaycan diasporuna sədr edilən Vidadi Mustafayevin də qısa zamanda ağır ittihamlarla həbs edilməsi bu tamaşanı quranların əsl biabırçılığı oldu. Əslində Vidadi Mustafayevi "diaspor sədri" kimi təqdim etməklə Azərbaycan diasporunu nəzarətə götürmək istəyən orqanlar onun kriminal aləmlə bağlılığını gizlədə bilmədilər və həbs etməyə məcbur oldular.
2017-ci ildən başlayan hücumun məqsədi nədir?
Xatırlatmaq yerinə düşər ki, Rusiyada Azərbaycan diasporuna qarşı dövlət səviyyəsində hücum 2017-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə başlanıb. Bundan sonrakı dövrdə Rusiyanın güc strukturları Azərbaycan diaspor təşkilatlarını nəzarətə götürməyə cəhd göstəriblər. Bu niyyətləri baş tutmadıqda isə təşkilatları parçalamağa çalışıblar. Diaspor rəhbərlərinə təzyiq göstəriblər, həbslər həyata keçirməyə, bəzilərini isə Rusiya vətəndaşlığından məhrum ediblər.
Məsələn, Xanti-Mansi Muxtar Dairəsi Dumasının Kommunist Partiyasından olan Azərbaycan əsilli deputatı Xalid Tağızadənin qalmaqallı çıxışından sonra təzyiqlərlə üzləşdiyini də xatırlatmaq yerinə düşər.
Bu il mayın 30-da Xanti-Mansi Muxtar Dairəsi Dumasında keçirilən müzakirələr zamanı bəzi deputatlar dairənin yerli əhalisi arasında doğum səviyyəsinin azalmasından, əvəzində miqrant ailələrində, o cümlədən özbək və tacik mənşəli ailələrdə uşaq sayının artmasından narahatlıq ifadə ediblər. Bununla yanaşı, regiona miqrant axınının artması ilə bağlı da narazılıqlarını bildiriblər.
Deputat Xalid Tağızadə isə çıxışında bildirib ki, "gəlmələr müxtəlif olur". O xatırladıb ki, vaxtilə Yuqra və Tümen vilayətinin bir hissəsi Sibir xanlığının tərkibində olub və bu xanlığın sonuncu hökmdarı Buxara xanlığından çıxmış, özbək mənşəli Şeybanilər sülaləsinə mənsub Küçüm xan olub. Xalid Tağızadə ehtimal edib ki, miqrantlar Xantı-Mansı Muxtar Dairəsinə öz tarixi vətənlərinə gəlirmiş kimi üz tuturlar.
Bu isə Rusiya dövlət strukturlarının xoşuna gəlməyib. Bu çıxışın cəzası olaraq Xalid Tağızadəyə maaş verilməsi dayandırılıb, mandatından məhrum edilib, ona qarşı ittiham irəli sürülüb. Bütün bu təzyiqlərə görə, Xalid Tağızadə Rusiyanı tərk etmək məcburiyyətində qalıb.
Həbs, vətəndaşlıqdan məhrum etmə cəzaları
Smolensk vilayətinin Azərbaycan Milli Konqresinin rəhbəri, Azərbaycan əsilli iş adamı Faiq Əliyevin, Voronejdəki diaspor rəhbəri Yusif Xəlilovun həbsi, Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri və Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynovun, Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimovun bu ölkənin vətəndaşlığından məhrum edilməsi və digər faktlar Rusiyada azərbaycanlılara qarşı düşmən siyasətinin təzahürləridir.
Hazırda Şıxlinski ilə bağlı cinayət işinin bu qədər birtərəfli və qərəzli, üstəlik erməni əsilli müstəntiq tərəfindən aparılması da Rusiyada azərbaycanlılara qarşı münasibətin çirkinliyini göstərir.
Bütün bu məsələlər isə Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin diqqətindədir. Məhz dövlət başçısının səyləri ilə Voronej diaspor rəhbəri Yusif Xəlilov azad edildi. Hazırda Şahin Şıxlinsikinin də işi nəzarətdədir və onun azad ediləcəyi ehtimalı yüksəkdir.
AZAL təyyarəsinin vurulmasında məsuliyyət daşıyanlar niyə cəzalandırılmır?
Bu il dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya səmasında vurulmasından 1 il ötür. Azərbaycanlılara qarşı qondarma ittihamlar irəli sürərək qısa zamanda məhkəmə qarşısına çıxaran və bununla da diasporumuzu idarəçilərsiz qoymağı hədəfləyən Rusiya hakimiyyəti indiyə kimi Azərbaycanın mülki təyyarəsinin vurulmasına cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etməyib. Baxmayaraq ki, baş vermiş hadisəyə görə bu il oktyabrın 9-da üzrxahlığını bildirən Rusiya Prezidenti Vladimir Putin cinayət işinin yaxın zamanda yekunlaşacağını demişdi. Azərbaycana ardıcıl səfərlər edən Rusiya rəsmiləri də vədlər vermişdilər.
Lakin Rusiyada hələ ki azərbaycanlılara qarşı cinayət törədənlər deyil, azərbaycanlılar cəzalandırılır. Bu isə onu göstərir ki, rəsmi Moskva iki dövlət arasında yaranmış gərginliyin aradan qaldırılmasında yox, daha da dərinləşməsində maraqlıdır. / azxeber.com

Siyasi       Tarix: 13 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident açılışda - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib. xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədr

SON DƏQİQƏ! Türkiyə Azərbaycanla bağlı bu addımı da atdı

HAVELSAN-ın Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) çərçivəsində hazırlanmış bəzi mühüm imkanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib. Türkiyə mətbuatına istinadla bildirir ki, Azərbaycan Hərb

Donald Trampdan ŞOK AÇIQLAMA: "İran rəhbərliyi inanılmaz dərəcədə..."

Amerika lideri Donald Tramp "Truth Social" səhifəsində İrandakı hakimiyyətin davranışlarını sərt şəkildə tənqid edib və Vaşinqtonun Tehranla bağlı sərt mövqeyini açıqlayıb. KONKRET.azxəbər verir ki, ABŞ Prezident

İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. İsveçrə Konfederasiyasını

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfərinə dair paylaşım edilib. həmin paylaşımı təqdim edir:

Prezidentin bu ilin 7 ay ərzində iştirak etdiyi açılış mərasimləri - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısı cari ilin ötə

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: Çolpon-Ata Bəyannaməsi

Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bəyannamə siyasi, iqtisadi

Trampın reytinqi rekord həddə düşdü – Amerikalıların yarıdan çoxu narazıdır

ABŞ Prezidenti Donald Trampın ictimai dəstək reytinqi vəzifədə olduğu müddətdə ən aşağı səviyyəyə düşüb. KONKRET.azxəbər verir ki, Quinnipiac Universitetinin sorğusuna görə, Trampın fəaliyyətini seçicilərin 32 faizi bəyənir

İran çox ağır zərbə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu İranın artıq əvvəlki gücündə olmadığını və ölkənin ağır zərbə aldığını bildirib. xəbər verir ki, Netanyahu bu barədə "CBS News"a müsahibəsində danışıb. "İran artıq əvvəlk


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar maraqlı xəbərlər gunun xeberleri sou xeberler bugun