Rusiyada turizm mövsümü gec bitəcək
Rusiyada turizm mövsümü gec bitəcək
Bu il Rusiyada turizm mövsümü gec başlayacaq, lakin oktyabr-noyabr aylarına qədər davam edəcək.
Vesti.ru xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Baş nazir Mixail Mişustinlə görüşü zamanı açıqlayıb.
Ümumiyyətlə, D.Çernışenko bütün istirahət mərkəzlərinin uzun sürən koronavirus pandemiyasından sonra normal işə qayıtdığını qeyd edib. Baş nazirin müavini bildirib ki, Rusiyada turizm qiymətləri artmayıb - hotellərdə və kurortlarda yaşayış qiymətləri 2018-2019-cu illər mövsümü səviyyəsində saxlanılıb.
M.Mişustin ölkənin 70-dən çox bölgəsinin iyulun 1-dən etibarən turistləri qəbula başlaya biləcəklərini deyib.
Onun sözlərinə görə, turizm sənayesi xidmətlərinə tələbat artmağa başlayır, lakin Rusiyada yerləşmə obyektlərinin yüklənməsi bu günə qədər 20-30 faiz arasında dəyişir. Ölkə hökuməti bu mövsüm 20-22 milyon insanın tətilini Rusiya daxilində keçirəcəyini gözləyir. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var