Rusiyadan Azərbaycana qarşı yeni təxribat – Bakı fövqəladə qərar verə bilər

Rusiyadan Azərbaycana qarşı yeni təxribat – Bakı fövqəladə qərar verə bilərRusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurması Moskvanın Bakıya qarşı artan aqressiyasının növbəti ifadəsidir. Bu, təkcə sıradan bir hərbi əməliyyat deyil. Avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücumdan sonra yenidən eyni hədəfə zərbə endirilməsi prosesin təsadüfi olmadığını göstərir.
Belə hücumlar təkcə texniki zərər məqsədi daşımır, eyni zamanda, siyasi və psixoloji mesaj da ötürülür. Rusiya bu mesajla bütün xarici aktorlara bildirir ki, Ukraynada fəaliyyət göstərmək heç bir halda tam təhlükəsiz deyil.
KONKRET.azxəbər verir ki, eyni zamanda bu hücum informasiya müharibəsinin bir hissəsidir. SOCAR kimi beynəlxalq reputasiyaya malik şirkətlərin vurulması, Ukraynanın dünya ictimaiyyətinə təhlükəli sərmayə məkanı kimi təqdim edilməsinə xidmət edir. Bu yolla həm xarici investorlar çəkindirilməyə, həm də Qərbə və onun müttəfiqlərinə Ukraynanın sabitliyini qorumağın mənasız olduğu göstərilməyə çalışılır.
Təəssüf ki, bu hadisə təkcə Ukrayna müharibəsinin sərt mərhələyə keçməsi deyil, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində diplomatik və geosiyasi dönüş nöqtəsinin başlanğıcı ola bilər. Xüsusilə Azərbaycanın əvvəlcədən verdiyi açıq xəbərdarlığa baxmayaraq SOCAR-ın obyektlərinə ikinci dəfə hücum edilməsi bu gedişin artıq ciddi mesaj daşıdığını göstərir. Bu, Kremlin Bakı ilə gərginliyi azaltmaq niyyətində olmadığını və əksinə, qarşıdurmanı dərinləşdirmək istədiyini ortaya qoyur.
Belə vəziyyətdə Azərbaycan daha konkret və Moskvada narahatlıq doğuracaq addımlar atmaq məcburiyyətində qala bilər. Mümkündür ki, Bakı artıq passiv neytrallıq mövqeyindən imtina edib, məhdud da olsa, hərbi-texniki əməkdaşlıq addımlarını nəzərdən keçirsin. Xatırladaq ki, SOCAR-ın ilk bazasına hücumdan sonra Azərbaycan Ukraynaya elektrik transformatorları və əlavə maliyyə yardımı göndərmişdi. Ancaq görünür, bu jest Rusiya üçün yetərincə ciddi siqnal olmayıb.
Buna görə də indi Azərbaycanın daha konkret addımları müzakirəyə çıxarması gündəmə gələ bilər – məsələn, hərbi texnologiyalara çıxış, pilotsuz uçuş aparatları və ya müdafiə avadanlığı ilə bağlı yardım imkanlarının nəzərdən keçirilməsi. Təbii ki, bu, dərhal cəbhəyə silah göndərilməsi anlamına gəlmir. Amma Bakı məsələnin rəsmi müzakirəyə çıxarılması, texniki əməkdaşlıq imkanlarının öyrənilməsi və ya Ukrayna ilə hərbi təlim-tədris formatında əlaqələrin qurulması yolu ilə ciddi siyasi siqnal verə bilər.
Bu yanaşma beynəlxalq ictimaiyyətə də aydın mesaj vermiş olacaq. Belə ki, Azərbaycan kimi uzun illərdir balans siyasətinə sadiq qalan bir ölkə Rusiya ilə münasibətlərində açıq dönüş nöqtəsinə gəlirsə, bu, Kremlin birtərəfli aqressiyasının artıq dözümsüz həddə çatdığını göstərir. Bu, xüsusilə Qərb ölkələri üçün ciddi xəbərdarlıqdır və Azərbaycanın geosiyasi çəkisini daha da artırır.
Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil. Ancaq Kremlin davamlı və məsuliyyətsiz davranışları qarşısında səssiz qalmaq da real görünmür. Azərbaycan nə müharibənin tərəfidir, nə də bu münaqişənin bir parçası olmağa can atır. Amma bu mərhələdə üzərinə düşən məsuliyyətin fərqindədir. Əgər Azərbaycan Rusiya qarşısında daha sərt mövqe sərgiləyirsə, bu, təkcə Bakının deyil, bütövlükdə regionun gələcək təhlükəsizliyi baxımından ciddi dönüş nöqtəsi ola bilər.
Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələrin bu prosesi yaxından izlədiyini nəzərə alsaq, Azərbaycanın atdığı addımlar Cənubi Qafqaz və Mərkəzi Asiyada digər ölkələrə də ilham verər, onlarda da eyni mövqe sərgiləmək üçün siyasi iradə formalaşdırar.

Siyasi       Tarix: 19 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan xəbər.az valyuta məzənnələri