Rusiyalı ekspert: "Ermənistan zəif deyil, Azərbaycan güclü idi

Rusiyalı ekspert: "Sülh müqaviləsi bağlamaq gərəkdir, buna səy göstərmək lazımdır. Sülh müqaviləsi olmadan, əlbəttə ki, vəziyyət bir qədər qeyri-müəyyən olacaq. Müqavilə bağlamağın mümkün olub-olmayacağını indi söyləmək çətindir".
Bu sözləri Caliber.Az-a müsahibəsində Rusiya hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, "İnkişaf Komitəsi" ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov deyib.
"Həlledici rolu, mənə elə gəlir, Rusiya Federasiyası oynayacaq. Moskva Cənubi Qafqazda sabitliyin qarantıdır. Bu yaxınlarda Zəngilan və Füzuli rayonlarının mina sahələrinin xəritələrinin Ermənistandan Azərbaycana verilməsini xatırlayın, burada 92 min mina var. Bu, Rusiya qoşunları kontingenti komandanlığının iştirakı ilə baş verdi. Daha çoxuna nail olmaq mümkündür. Əminəm ki, Azərbaycan rəhbərliyi başa düşür ki, Rusiya ilə münasibətlər qurmaqla birbaşa şəkildə Ermənistana təsir etmək mümkündür", - deyə o bildirib.
Ekspert qeyd edib ki, Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb:
"Bu təkcə Ermənistanın zəif olmasından bəhs etmir. Bu Azərbaycanın güclü olmasını göstərir. Azərbaycanın gücü, seçilən inkişaf modeli, daxili siyasət, hərbi quruculuq və xalqın psixoloji əhval-ruhiyyəsi kimi amillər cəm şəklində qələbəni təmin etdi. Eyni zamanda, indi biz Ermənistanda qarışıqlıq və sarsıntı, davamlı xaos, küçə etirazları görürük.
Azərbaycan modeli ölkəyə dominantlıq etməyə, regionda və dünyada öz təsirini genişləndirməyə imkan verəcək. Azərbaycansayağı yanaşma daha əhəmiyyətli olacaq və qərarların qəbulunu təmin edəcək.
Ermənistan modeli intihar xarakteri daşıyır. Erməni tərəfi tutarsız, qeyri-konstruktiv addımlar atır. Onlar vəziyyətin dəyişdiyini anlaya bilmirlər. Dəyişmək, dünyaya uyğunlaşmaq, hər şeyi fərqli bir şəkildə qurmaq lazımdır. Belə çıxır ki, çoxlarının beynində (Ermənistanda - red.) lazımi yenidənqurma baş verməyib".

Siyasi       Tarix: 05 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az hava cəbhədən görüntülər son xeberler azerbaycan