Rusiyalı hərbçi elektrik qazanını seyf sanıb ukraynalıdan kod istədi - VİDEO
Rusiyalı hərbçi elektrik qazanını seyf sanıb ukraynalıdan kod istədi - VİDEO
Ukraynada yaşayış evlərindən birinə soxulan rusiyalı hərbçi həyatında ilk dəfə gördüyü elektrik qazanını ("multivarka") seyf sanaraq ev sahibəsindən onun kodunu tələb edib.
Qadının hekayəsinin videosu sosial şəbəkələrdə yayılıb.
Ukraynalının sözlərinə görə, hərbçi onun evinə girəndə ilk növbədə şkaf-kupedən təəccüblənib.
"Rusiyalı əsgər içəri girdi, arıq, bədbəxt, çox qaşqabaqlı biri idi. Otağa girir, orada isə şkaf-kupe var: onu açır - o biri qapı bağlanır. O (əsgər) isə heyrətini gizlədə bilmirdi", - deyə qadın olanları danışıb.
Sonra çağırılmamış qonaq mətbəxə keçmək qərarına gəlib. Orada elektrik qazanını görüb, onun qadının zinət əşyaları və pul saxladığı seyf olduğunu düşünüb.
"Kodu deyin! Seyfin şifrəsini deyin!" Mən isə onun nə istədiyini başa düşmürəm... Ah, başa düşdüm, dedim, "buna "multivarka" deyirlər, anlayırsan?" – deyə qadın gülərək danışıb.
Qadının sözlərinə görə, bu cür hadisələr çox olub və onlardan lətifə düzəltmək olar.
Mənbə: Obozrevatel / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR