Rusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTO

Rusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTORusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTO
Karib dənizində yerləşən Antiqua və Barbuda ada dövlətinin sakinləri rusiyalı iş adamı Andrey Quryevə məxsus olduğu ehtimal edilən "Alfa Nero" yaxtasını maliyyələşdirməkdən beziblər.
Ada sakinləri ABŞ sanksiyalarına məruz qalmış yaxtanın saxlanması üçün hər həftə 28 min dollar vergi ödəyirlər. Eyni zamanda da ölkədə vəsait çatışmazlığı yaşanır.
Bununla bağlı "The Wall Street Journal" nəşrində yazı dərc olunub.
"Bu, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyanın müsadirə edilmiş milyardlarla dollarlıq aktivlərinin idarə edilməsində yaranan çətinliklərin üzən bir xatırlatmasıdır. Bu, həmçinin 93 min əhalisi olan kiçik bir ölkə üçün də kabusa çevrilib. Ölkənin nağd pul çatışmazlığı yaşayan vergi ödəyiciləri hazırda yaxtanın saxlanması üçün həftədə 28 min dollar ödəyirlər", - deyə nəşr qeyd edib.
Bildirilib ki, vətəndaşların ödədikləri vergilərə yaxta kapitanının maaşı da daxildir ki, kapitan gəmidə kondisionerin işini tənzimləmək öhdəliyinə sahibdir. Belə ki, kondisioner söndürüləcəyi təqdirdə iki gün ərzində bütün gəmini kif basır. Məqalədə həmçinin yaxtanın ABŞ-nin sanksiyaları altında olan rusiyalı biznesmen Andrey Quryevə məxsus olduğu da qeyd edilib.
Rusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTORusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTORusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTORusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTO/ oxu.az

Maraqlı       Tarix: 26 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun