Rusiyalı politoloq: "Milonov pul hərisliyi və yenidən seçilmək üçün belə edib" - FOTO

Rusiyalı politoloq: "Milonov pul hərisliyi və yenidən seçilmək üçün belə edib" - FOTORusiyalı politoloq: "Milonov pul hərisliyi və yenidən seçilmək üçün belə edib" - FOTO
Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın ünvanına səsləndirdiyi təhqiramiz bəyanat Rusiya dövlətinin mövqeyi kimi qəbul olunmamalıdır. Bu cür provokasiyalı bəyanatların arxasında öz seçki kampaniyası üçün maliyyə mənbələrinin tapılması istəyi dayanır.
Bunu rusiyalı politoloq Sergey Markov "İnfo24" resursuna açıqlamasında bildirib.
"Onun məqsədi öz seçki kampaniyası üçün maliyyə mənbələri tapmaqdır. Axı Milonov yenidən Dövlət Dumasına seçilmək istəyir. O, iri şəhərlərin əhalisini ksenofobiyaya kökləməyə çalışır. Azərbaycanlılara, qafqazlılara, hətta bütün müsəlmanlara qarşı yönəlmiş bu ksenofobiya mütləq əhalinin bir qismi tərəfindən dəstəklənəcək. Seçkilərdə elə də çox insanın iştirak etməyəcəyini nəzərə alsaq, əhalinin bu qrupu ona yenidən seçilmək üçün ciddi imkanlar yarada bilər. Konstantin Zatulin bunun klassik nümunəsidir. Onu "Vahid Rusiya" rəhbərliyi sevmir, amma Zatulin Adler ermənilərinin səsləri sayəsində qalib gəlir. Milonovla da bağlı vəziyyət eynilə bu cürdür. O, ermənilərin və ksenofob əhval-ruhiyyəli insanların səslərini qazanır", - deyə ekspert bildirib.
S.Markovun sözlərinə görə, Milonovun Ermənistanı dəstəkləməsi ona təkcə seçici səsləri qazandırmır, həm də erməni icmasının nüfuzlu şəxslərinin maliyyə dəstəyini təmin edir.
"O, kəskin antiazərbaycan mövqeyindən çıxış etdiyinə görə erməni icması tərəfindən maliyyələşdirilir. Belə halda o, ilk növbədə daxili auditoriyaya oynayır. Bu xarici siyasətə istiqamətlənmiş bəyanat deyil. Erməni icmasının fəallığını, onu maliyyələşdirmək üçün hazırlığını və əksinə, Azərbaycan icmasının passivliyini görərək Milonov yenidən seçilmək üçün belə bir gediş edib", - deyə Markov bildirib.  
Rusiyada ermənipərəst mövqedən çıxış edərək qazanmaq imkanı bir çoxlarını cəlb edir.
"Rusiya daxilində azərbaycanlıların düşməni və ermənilərin dostu olmaq çox sərfəlidir. Ermənilərin düşmən kimi qəbul etdiyi azərbaycanlıların dostu olmaq isə əksinə, təhlükəlidir. Burada söhbət Rusiyada yaşayan erməni və azərbaycanlıların sayından getmir. Onların sayı təxminən bərabərdir. Sadəcə, ermənilər özününküləri daha mütəşəkkil şəkildə dəstəkləyirlər, azərbaycanlılar isə elə də yox. Ona görə də Milonov belə bəyanatlar verir", - deyə politoloq əlavə edib.
Rusiyalı politoloq: "Milonov pul hərisliyi və yenidən seçilmək üçün belə edib" - FOTO

Siyasi       Tarix: 30 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler ən son xeberler cəbhədən son məlumatlar krimnal bugun