Rusiyanı boğacaqlar, nüvə silahı da ona kömək etməyəcək

Rusiyanı boğacaqlar, nüvə silahı da ona kömək etməyəcək"Rusiyanı boğacaqlar, nüvə silahı da ona kömək etməyəcək!"
KONKRET.az xəbər verir ki, bu sözlər  Dövlət Dumasının iqtidardakı "Yedinaya Rossiya" partiyasından keçmiş deputat Sergey Markova aiddir. Markov yazıb:
1. Rusiya demək olar ki, beynəlxalq aləmdən təcrid olunub. Praktiki olaraq müttəfiqləri yoxdur. Formal olaraq müttəfiq olanlar isə müvəqəttidirlər və həlledici məqamda Rusiya onlardan kömək ala bilməz.
2. Rusiya texnoloji cəhətdən inkişaf etməyib, asılıdır. Hərbi sənaye kompleksindən başqa. Ona görə də Rusiya Qərblə əməkdaşlıq etmədən inkişaf edə bilməz. Qərblə münaqişə Rusiya üçün intihardır.
3. Rusiya iqtisadi cəhətdən zəifdir. Onun dünyadakı rolu kiçikdir və daim azalır.
4. Rusiya elitası qərbyönlüdür. Keçmiş "KQB" zabitləri ilə Putinin ətrafında kiçik bir klubdan başqa. Qalanları isə Rusiyanın Qərbə təslim olmasına sevinəcəklər.
5. Rusiya əhalisi yoxsulluq içində yaşayır. Rusiya həyat tərzi baxımından cəlbedici deyil.
6. Rusiya öz tarixi torpaqlarında, qədim paytaxtında güc yolu ilə Anti-Rusiya yaradılmasına icazə verdi. Və ona qarışmaqdan qorxur.
7. Rusiyanın öz ideologiyası yoxdur. O, mental və mədəni baxımdan Qərbdən asılıdır.
8. Rusiyada mütərəqqi olan hər şey Qərbə tərəfdir. Təhsil nə qədər yüksəkdirsə, gəlir də bir o qədər çoxdur, nə qədər gəncsənsə, bir o qədər Qərbin tərəfində və Putinə qarşısan.
9. Rusiyada elm, təhsil, səhiyyə kimi inkişaf potensialı zəif inkişaf etmişdir. Və hətta deqradasiyaya davam edir. Ona görə də deqradasiyaya məhkumdur.
10. Rusiya Qərblə qarşıdurmanı bir dəfə uduzub. O zaman indikindən güclü idi. İndi Rusiya xeyli zəifləyib, Qərb isə xeyli güclənib. Ona görə də Rusiya Qərblə qarşıdurmanı indi də uduzacaq. Bu səbəbdən də münaqişəni daha da gərginləşdirməkdən çəkinmirlər.
11. Bəli, Rusiyanın nüvə silahı var. Amma bunun mənası yoxdur, çünki heç kim onunla savaşa girməyəcək. Rusiyanı boğacaqlar, nəzarəti ələ keçirəcəklər, transformasiya edəcəklər. Nüvə silahı SSRİ-yə kömək etmədi. İndi də Rusiyaya kömək etməyəcək.
Markov bu arqumentlərlə Rusiya ilə danışıqlarda Qərbin özünə inamını izah edir…
Tərcümə edən: İbrahim Nəbioğlu

Siyasi       Tarix: 17 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Rusiyada bu yanacaq növü də qadağan edildi

Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək və çatışmazlığın qarşısını almaq məqsədilə dizel yanacağının ixracına tam qadağa tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimi

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavablar

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərin


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar en son xeber cəbhədən son xəbərlər 2026 son xəbər