"Rusiyanı yalnız türklər və müsəlmanlar parçalaya bilər" – Cümşüd Nuriyevdən SENSASİON AÇIQLAMA

Rusiyanı parçalamaq və onun dünya xəritəsindəki mövqeyini dəyişmək ABŞ və Qərbin ən birinci planıdır desək, yəqin ki, yanılmarıq. Zaman-zaman bu böyük imperiyanı parçalamaq eşqi ilə alışıb-yanan Qərb öz planını Rusiyada yaşayan azsaylı xalqların əli ilə həyata keçirməyə cəhd göstərib. Məsələn, Başqırdıstan vasitəsi ilə ölkədə etirazlar yaratmaq və bunu inqilaba çevirmək cəhdləri boşa çıxıb. Həmçinin Rusiya-Çeçenistan arasında iki dəfə müharibə baş verib ki, bu da imperiyanın parçalanmasına xidmət edən faktor kimi ortaya atılıb. Lakin göründüyü kimi, bütn planlar iflasa uğrayıb. Hazırda dünyada yeni düzənin formalaşdığı bir vaxtda Qərb yenidən öz hiyləgər planını həyata keçirməyə niyyətli görünür. Bu isə Rusiyanın hansı azsaylı xalqların əli ilə parçalana biləcəyi ehtimalını gündəmə gətirir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Rusiyanın demokratik xəritəsi nə qədər rəngarəng olsa da, əhalisi çox ölkələrdə azsayl xalqlar separatizmi həyata keçirə bilmir. Yəni buna imkan olmur: "Azsaylı xalqlar əhalisi aşağı olan ölkələrdə separatizm meyllərini asanlıqla gerçəkləşdirə bilirlər. Amma Rusiyada bunu artıq azsaylı yox, çoxsaylı xalqın əli ilə etmək istəyirlər. Bu da yeganə olaraq türklərin və müsəlmanların əli ilə mümkündür. Amma Rusiyada müsəlman olmayan türklərin sayı da həddindən çoxdur. Məsələn Yakutiya və Altay əhalisinin böyük hissəsi müsəlman olmayan büddist türklərdən ibarətdir. Ona görə bu dəfə Rusiyanı parçalamaq üçün Türk faktorunu seçiblər. Amma bu məsələni separatizmlə yox, inteqrasiya prosesi ilə həll etmək istəyirlər. Çünki münaqişə nəzəriyyəsinə görə, həmin xalqlar separatizmə meyl etsələr qanunvericiliklə onları məhv etmək mümkün olacaq. İnteqrasiya prosesinin özü bütövləşmə anlamına gəlsə də, xalqların birləşməsi və tamlaşması həmin dövlət üçün separatizmə bərabər bir məsələdir. Yəni Rusiyada tamamilə qeyri-adi bir variantdan istifadə olunur. Amma Kreml bunu yaxşı anlayır. Ona görə də, Rusiyanın baş verəcək hadisələrdən sığortalanmaq üçün ən rahat yolu həmin xalqlarla yaxşı münasibət saxlamasıdır".
Politoloq əlavə edib ki, Rusiyada təxminən 15-17 faiz müsəlman olsa da, türk kökənli əhali 31 faiz təşkil edir: "Ona görə də, Kreml İslam Əməkdaşlıq Təşkilatına üzv olub və məşvərətçi səslə iştirak edir. Həmçinin Türk Dövlətləri Birliyinin fəaliyyətinə maneə yaratmır. Gələcəkdə Macarıstan kimi həmin təşkilatda məşvərətçi səslə iştirak edə bilər. Çünki Türk Dövlətləri Birliyinin nizamnaməsinə əsasən bu, açıq təşkilat hesab olunur. Kreml də özünə problem yaratmaq istəmir. Buna görə də, deyilən yollarla Rusiyanı parçalamaq mümkün olmayacaq. Bu ölkəni ancaq uzunmüddətli müharibəyə cəlb etmək və daxildəki çəkişmələri artırmaqla parçalamaq mümkündür. Bu zaman başqa xalqlar inqilabi meyllər haqda düşünəcəklər. Xüsusən də Rusiyanı türk və rus kökənli xalqlar qarışdıra bilər. Onlar üçün də ancaq inqilabi mühit yaratmaq lazımdır. Çünki yalnız sosial gərginlik inqilaba çevrilir. Sosial tələblər isə ehtiyacdan doğur. Rusiyada hazırda ehtiyaclı olanların sayı çoxalır. Ona görə də, bu ölkədə inqilab gözlənilən variantlardan biridir. Amma uzunmüddətli müharibə ilə birgə baş verərsə, bu, çöküşü sürətləndirəcək. Rusiya yalnız bu cür parçalana bilər, başqa variantın olacağını düşünmürəm".
Müşviq Tofiqoğlu,
KONKRET.az  

Siyasi       Tarix: 22 noyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Heydər Əliye

Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi

Avropa İttifaqı Şurası 6 nəfər rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib. apa-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında qeyd olunub. Bildirilib ki, sözügedən şəxslər rusiyalı müxalifətçi Alekse

Xankəndi Bəyannaməsi qəbul edildi

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığı

Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik etdi

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib. KONKRET.azxəbər verir ki, Prezidentin kömçəkçisi bununl

"Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb" - Elman Nəsirov

Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmi

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Əhməd Vahidi bir neçə aylıq fasilədən sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıb. KONKRET.azxəbər verir ki, bu barədə "Associated Press"

İran Xameneinin vida mərasimində Azərbaycana Ali-İmran surəsi ilə mesaj verdi?

İranda ali dini lider Əli Xamenei ilə vida mərasimi davam edir. Mərasim Tehranda başlayıb, daha sonra Qum şəhərində davam edəcək və yekunda Məşhəddə dəfn mərasimi ilə başa çatacaq. Mərasimdə çoxsaylı dövlət və hökumət nümayəndələri

Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji əməkdaşlıq yeni mərhələyə keçir

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqla


azerbaycan xeberleri yeni xeberler son xeberler hava xeberler azerbaycan havanın temperaturu sonxəbərlər