Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar varMəlum olduğu kimi, Rusiyanın Rossotrudniçestvo təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki,  bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. 
Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub.
KONKRET.az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumat həqiqətən də belə bir şəbəkənin mövcud olduğuna heç bir şübhə yeri qoymur.
Əvvəla, qeyd edək ki, "Rus Evi" Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Bu yerin "Rus Evi" üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş Gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.
Məsələnin maraqlı tərəfi də budur ki, "Rus Evi" həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək Rossotrudniçestvonun Bakı nümayəndəliyinin rəhbəri ilə birlkdə Rus evinə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və ciddi cəhdlə çalışır.
Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.
Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü "boz kardinal" statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır.

Siyasi       Tarix: 10 fevral 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri oxu.az xeberler meherremlik 2026 sonxeber az