Rusiyanın Azərbaycandakı sülhməramlı hərbçilərinin komandanı dəyişdi
Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.
Azxeber.com "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib.
Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Ryazan Ali Hava Desant komanda məktəbini bitirib. 1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib.
Birinci və İkinci çeçen müharibəsində ezamiyyətdə olub. G.Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsində döyüşlərdə iştirak edib. 2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı