Rusiyanın bank kartları cəmi 7 ölkədə qəbul ediləcək - SİYAHI
Sanksiyaya məruz qalan Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarına xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli sistemin kartları yalnız 7 ölkədə qəbul olunacaq.
KONKRET.azməlumat verir ki, bu barədə "Report" Rusiya Bankının saytına istinadən xəbər verir.
Bankın açıqlamasında deyilir ki, bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandır.
Həmçinin bildirilir ki, "Mir" sisteminin kartları qondarma Cənubi Osetiya və Abxaziyada da qəbul ediləcək.
Belə ki, VISA və "MasterCard" ödəniş sistemləri Rusiyanı tərk etdikdən sonra bu ölkənin bankları tərəfindən buraxılan kartlar yalnız ölkə daxilində işləyəcək.
VISA və "MasterCard" kartları ilə aşağıdakılar mövcud olmayacaq: xarici onlayn mağazalarda və xaricdə hesablaşmalarda alış-veriş üçün ödəniş.
"Xaricə səfər zamanı nağd pul və "Mir" kartını qəbul edildiyi ölkələr üçün özünüzlə götürmək tövsiyə olunur. Bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyadır", – xəbərdə deyilir.
Daha əvvəl ABŞ-ın "MasterCard" maliyyə korporasiyası bildirib ki, Rusiyada xidmətlərin göstərilməsini dayandırıb.
Həmçinin VİSA da Rusiyadakı fəaliyyətinə son qoyacaq və yaxın günlərdə bütün əməliyyatları dayandırmaq niyyətindədir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var