Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA
"Rusiyada müqaviləli hərbçilərin və səfərbərliklə xidmətə çağırılan şəxslərin tibbi müayinəsi qaydalarında nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi üçün hazırda hər hansı zərurət yoxdur".
Bu fikri mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirib:
Ədalət Verdiyev
"Hazırda Rusiya Ukraynaya qarşı davam edən işğal müharibəsində bir sıra problemlərlə üzləşib. Onlardan biri də şəxsi heyət çatışmazlığıdır. Müharibədə iştirak edən hissə və bölmələrin şəxsi heyətlə komplektləşdirilmə səviyyəsini artırmaq üçün müxtəlif qərarlar qəbul edilir. Tibbi müayinə qaydalarında dəyişiklik də həmin tədbirlərdən biridir".
Ə.Verdiyevin sözlərinə görə, Azərbaycanda isə müqaviləli hərbçilərin və səfərbərlik üzrə çağırılan şəxslərin tibbi müayinəsi qaydaları artıq təsdiqlənib və bu sahədə dəyişiklik olunmasını zəruri edən hər hansı problem mövcud deyil:
"Azərbaycan ordusunda şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı çətinlik yoxdur. Bu səbəbdən Rusiyanın atdığı addımların ölkəmizdə də tətbiq olunacağını gözləmək real deyil", – ekspert vurğulayıb.
Hərbi ekspert əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında əsas prioritet Türkiyə modelidir:
"Bizim prioritetimiz Türk ordu modelidir. Azərbaycan Ordusunun inkişafı da məhz bu istiqamətdə həyata keçirilir. Ordumuzun Rusiya yox, Türk ordu modeli əsasında təkmilləşdirilməsi üçün kifayət qədər ciddi addımlar atılıb və bu proses gələcəkdə də seçilmiş istiqamət üzrə davam etdiriləcək", – deyə Ədalət Verdiyev bildirib.
Aynurə İsmayıl
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK