"Rusiyanın iqtisadi itkiləri yalnız məzənnə fərqi ilə yekunlaşmayacaq" - Kremli daha nələr gözləyir?
Moskva birjasında dolların kəskin bahalaşması Rusiyada təlaş yaradıb. Belə ki, 1 dollar 1,5 rubl bahalaşaraq, 78,91 rubla çatıb. Bu, 2020-ci il martından bəri ən yüksək göstərici hesab olunur.
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu KONKRET.az-a açıqlamasında bildirib ki, rubl Rusiya-Ukrayna gərginliyinin şiddətlənməsinə görə yaranmış geopolitik böhran səbəbindən dəyər itirir: "Bu gün 1 dollar 79 rubla satılır, bu son 14 ayın ən aşağı kursudur. Rublun dəyər itirməsi Qərbin Rusiyaya sərt sanksiyaları reallaşacağı halda davamlı olacaq. Hətta 1 dollar 80 rubldan da baha ola bilər. Bu halda Rusiyanın iqtisadi itkiləri yalnız məzənnə fərqi ilə yekunlaşmayacaq. Bu, maliyyə və səhm bazarlarına da təsir edəcək, şirkətlər də dəyərsizləşəcək".
İqtisadçı alimin sözlərinə görə, artıq qlobal səhm bazarlarında da təlatümlər yalnız Rusiyada deyil, Qərbdə də müşahidə olunur: "İki gün öncə "S&P 500", "Dow Jones", "Nasdaq" bu səbəbdən itkilərə məruz qalsa da, onlar sonradan dəyər qazanıb itkilərini bərpa etdilər. Xammal ixracatından asılı qalan Rusiya iqtisadiyyatı üçün dünya bazarlarında əlverişli konyuktura mövcud olsa da, səhm və valyuta bazarlarında itkilər davam edir və getdikcə genişlənir".
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var