Rusiyanın "ittifaq sevdası" - Qazaxıstandan sonrakı hədəf hansı ölkələrlərdir?

Rusiyanın Qazaxıstanı müzakirə etmək üçün keçirilən KTMT toplantısında növbəti hədəf açıq şəkildə elan edildi: Özbəkistan.
Lukaşenko bildirdi ki, "Özbəkistan dərs çıxarmalıdır, məlumatımıza görə onların (terrorçuların) baxışları ora yönəlib". Putin də Qazaxıstanda baş verənləri "beynəlxalq terrorizmlə" əlaqələndirdi. Bu, KTMT-nin müdaxiləsini legitimləşdirməklə yanaşı, region ölkələrini gözləyən "təhlükənin" də elan edilməsidir. Putin gerçək niyyətini də Lukaşenkonun dili ilə çatdırır.
Niyə Özbəkistan?
Özbəkistan 2012-ci ildə KTMT-dəki fəaliyyətini dayandırıb, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusda təmsil olunsa da, Nazarbayev Qazaxıstanından belə daha müstəqil xəttə malik ölkədir.
Mərhum İslam Kərimovun zamanında Özbəkistan qapalı və Rusiya-Çin-Qərb üçbucağında balans siyasətinə üstünlük verirdi. Bu siyasi xətt daxildə iki klan arasında bölüşdürülmüşdü:
Səmərqənd klanı: Kərimovun da məxsus olduğu bu klanın əsas aparıcı şəxsi həmin vaxt baş nazir olan (hazırki prezident) Şövkət Mirziyayev idi; Mirziyayev Putin hakimiyyətinə yaxın özək milyarder Əlişir Usmanovla qoyumluq əlaqələrinə malikdir, o cümlədən, Çinlə isti münasibətləri var, hələ Kərimovun zamanında Pekinlə ticarət şəbəkəsi formalaşdıra bilmişdi;
Daşkənd klanı: bu klanın əsas aparıcı şəxsi Şövkət Mirziyayev baş nazir olduğu vaxt onun müavini olan Rüstəm Əzimov idi. Əzimov rəsmi Daşkəndin Qərbdəki bütün əlaqələrini həyata keçirirdi;
(Üçüncü, lakin daha zəif olan Fərqanə klanı da var).
Kərimov Səmərqənd və Daşkənd klanı arasında yaratdığı balansı klanlar üzərindən Rusiya-Qərb münasibətlərində də tətbiq edirdi. Onun ölümündən sonra daha güclü olan Səmərqənd klanının üzvü Şövkət Mirziyayev prezident postuna gəldi və islahatçı lider ölkəsi üçün müəyyən addımlar atdı da. 2017-ci ildə Rüstəm Əzimov postundan istefa verdi və hazırki prezidentə "sədaqət andı" içdi. Bundan sonra Qərbin Özbəkistanda təsir imkanları daha da zəifləyib, lakin Mirziyayev Qərblə münasibətlərə də önəm verir. Və Özbəkistanı Rusiya-Çin-Qərb üçbucağında qoruya biləcək siyasət yürüdür.
Son dövrlər Daşkəndin Ankara ilə münasibətləri xüsusilə seçilir:
– Mirziyoyev ölkəsini 2019-cu ildə Türk Şurasına üzv etdi;
– Şuranın Türk Dövlətləri Təşkilatına çevrilməsinə, türk birliyi istiqamətində inteqrasiyaya töhfə verir;
– 2000-ci illərdən sonra Türkiyə ilə əlaqələri faktiki kəsən Kərimovdan fərqli olaraq, 2017-ci ildə Ankaraya səfər etdi və bu səfərlə münasibətlərdə yeni mərhələ başlandı;
– 2020-ci ildə Özbəkistan və Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalandı: bir il sonra Rusiya ilə də 5 illik hərbi əməkdaşlıq sazişini imzalamaqla balansı qorudu, hərçənd, hərbi və digər istiqamətlərdə Ankara-Daşkənd münasibətlərinin Daşkənd-Moskva münasibətlərinə nisbətən daha öndə olduğu müşahidə edilir;
"Niyə Özbəkistan" sualının cavabı bəllidir:
Birincisi, Qazaxıstandan sonra bölgədə türk birliyinin aparıcı ölkəsi ola biləcək potensiala sahibdir;
İkincisi, Moskvanın "ittifaq planı" Mərkəzi Asiyada Özbəkistansız yarımçıq qalacaq;
Üçüncüsü, Daşkənd bölgədə müstəqil oyunçu olmağa çalışır və bu, bölgəni üçüncü tərəflərə daim açıq saxlayır.
Qazaxıstan senarisini Özbəkistanda həyata keçirmək çətin deyil: Əfqanıstanda fəaliyyət göstərən ekstremist Özbəkistan İslam Hərəkatı "terror təhlükəsi"nin yaradılmasında potensial bəhanədir;
Özbəkistanda "terror təhlükəsi" artarsa, KTMT qüvvələri bu ölkə ilə sərhəd olan üzv ölkələrini qorumaq adı ilə sərhədlərə yeridilə bilər və Daşkənd həm "terrorun yayıldığı", həm də "terrora məruz qalan" ölkə kimi rus ittifaqlarına yenidən daxil olmağa məcbur edilə bilər.
Hədəfdə olan digər ölkə kimi Qırğız Respublikası görünür: rəsmi Bişkek rus ittifaqında yer alsa da, yeni hakimiyyət müstəqil xətt yürütməyə meyillidir, xüsusilə prezident Japarovun millətçi keçmişi və mövcud mövqeyi bunu deməyə əsas verir. Japarovun KTMT-nin Qazaxıstanın müzakirə edildiyi iclasına qatılmaması da bu kontekstdə diqqət çəkir. Qırğız-Tacikistan sərhədindəki gərginlik müdaxiə üçün güclü əsaslardan biridir. /konkret.az

Siyasi       Tarix: 11 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video sonxeber.az apa.az xeberler sonxəbər